Icma.az
close
up
RU
Xalq artistindən ittiham: Mahnımız oğurlanıb

Xalq artistindən ittiham: Mahnımız oğurlanıb

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Xalq artisti Gülyanaq Məmmədova ilə müğənnilər Vasif Məhərrəmli və Vəfa Şərifova arasında "Nazlanma" mahnısı ilə bağlı mübahisə yaranıb. 

Mübahisəyə səbəb cənubi azərbaycanlı ifaçı və bəstəkar Mənsur Daneşvarın müəllifi olduğu "Nazlanma" mahnısının Vasif Məhərrəmli və Vəfa Şərifova tərəfindən müəllif icazəsi olmadan səsləndirilməsi ilə bağlı iddialardır.

Gülyanaq Məmmədova Qaynarinfo-ya bildirib ki, mahnı təqdim olunduqdan qısa müddət sonra icazəsiz ifa edilib:

"Mahnının müəllifləri mən və Mənsur bəydir. Onlar isə mahnımızı icazəsiz oxuyublar. Biz bu mahnını efirdə təqdim etdikdən sonra Azərbaycan, İran, Türkiyə, Özbəkistan və digər ölkələrdə milyonlarla, hətta milyardlarla baxış topladıq. Mahnını özbək dilində də ifa etmişik. Onlar da bizim ifamızı dinləyib bəyəniblər. Mənsur bəy hər ikisinə mahnını icazəsiz oxuduqları üçün etirazını bildirdi. Hətta məsələni həll etmək üçün İrandan Azərbaycana  gəldi".

Xalq artistinin sözlərinə görə, nə Vasif Məhərrəmli, nə də Vəfa Şərifova müəlliflə görüşmək və ya ondan icazə almaq təşəbbüsü göstərib:

"Gözlədik ki, heç olmasa zəng edib icazə istəsinlər. Bu da olmadı. Mənsuru tapa bilmirdilərsə, mən buradaydım. Zəng edib onun əlaqə nömrəsini ala bilərdilər. Heç biri bunu etmədi. Vasif mənə dedi ki, "Mənsurla danış, ona bir az hörmət edək, bizdən əl çəksin". Dedim ki, icazə vermir. Mənsur bəy İrandan Azərbaycana onları məhkəməyə vermək üçün gəlmişdi. Amma sonradan fikrini dəyişdi. Dedi ki, bir mahnıya görə o taylı-bu taylı Azərbaycan arasında qalmaqal yaratmaq istəmir. Buna baxmayaraq, müəllifdən halallıq almalı idilər. Təəssüf ki, bunu da etmədilər. Məhkəməyə  verə bilərdi, amma böyüklük göstərdi. Təəssüf ki, qarşı tərəfdən eyni münasibəti görmədi. Bu mahnı nə qədər baxış toplasa da, onun qonorarı müəllif Mənsur bəyə çatacaq".

30 ildən artıqdır səhnədə fəaliyyət göstərən Xalq artisti sənətini digər ifaçılarla müqayisə edənlərə də münasibət bildirib:

"Nə sənətimi, nə də şəxsiyyətimi kiminləsə müqayisə etmək olmaz. Hər kəsin öz sənəti, öz yolu və öz şəxsiyyəti var".

Gülyanaq Məmmədova yaxın vaxtlarda "Nazlanma" mahnısına klip də çəkiləcəyini bildirib.

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 İyul 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri