Xalq artistinin oğlu təcili əməliyyat olundu FOTO
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xalq artisti Natiq Şirinovun oğlu Ümid Türkiyədə əməliyyat olunub.
Demokrat.az axsam.az-a istinadla xəbər verir ki, bu barədə Ümidin xanımı Fatimə məlumat yayıb. O, bildirib ki, həyat yoldaşı İstanbulda konsertdən sonra özünü yaxşı hiss etməyib və təcili orada əməliyyat edilib:
“Bir neçə gündür başımız çox qarışıq idi. Səbəbi isə həyat yoldaşım konsertdən sonra özünü yaxşı hiss etmədi və təcili əməliyyat olundu. Allah şəfa versin, canım. Şükür ki, yavaş-yavaş yaxşılaşır. Allah heç kəsi canı ilə sınamasın”.
Qeyd edək ki, Fatimə Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümidlə Fatimənin Şəms adlı bir qızı var.
Onu da qeyd edək ki, bu gün Natiq Şirinovun 49 yaşı tamam olur.
Baxış sayı:111
Bu xəbər 10 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















