Icma.az
close
up
RU
“Xalq Bank” 6 ayda 220 milyon manat depozit itirib

“Xalq Bank” 6 ayda 220 milyon manat depozit itirib

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Xalq Bankın müştəri depozitlərinin həcmi 2026-cı ilin ilk yarısında 220,5 mln. manat və ya 11,5% azalaraq 1 mlrd 700,8 mln manata düşüb.

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, 2025-ci ilin sonunda bankın fiziki və hüquqi şəxslər üzrə ümumi depozit portfeli 1 mlrd 921,3 mln manat təşkil edib. 2026-cı ilin iyunun sonuna bu göstərici 1 mlrd 700,8 mln manata enib. 

Bankın fiziki şəxslərdən cəlb etdiyi depozitlər 96,9 mln manat və ya 11,6% azalaraq 834,9 mln manatdan 738 mln manata düşüb. Hüquqi şəxslərin depozitləri isə 123,6 mln manat və ya 11,4% azalaraq 1 mlrd 86,3 mln manatdan 962,8 mln manata enib. Toyuqlu pizza

Depozit portfelinin azalması əsasən xarici valyutada yerləşdirilmiş vəsaitlərin azalması hesabına baş verib. Belə ki, müştərilərin xarici valyutada depozitləri altı ay ərzində 992 mln manatdan 749,1 mln manata düşüb. Azalma 242,9 mln manat və ya 24,5% təşkil edib.

Bunun əksinə, manatla yerləşdirilən depozitlərin həcmi 929,3 mln manatdan 951,7 mln manata yüksəlib. Beləliklə, manat depozitləri 22,4 mln manat və ya 2,4% artıb.

Xüsusilə fiziki şəxslərin valyuta əmanətlərində ciddi azalma qeydə alınıb. Bu göstərici 560,4 mln manatdan 364 mln manata düşüb. Eyni dövrdə fiziki şəxslərin manatla depozitləri 274,5 mln manatdan 374,1 mln manata yüksəlib. Bu, əhalinin bankdakı əmanətlərinin valyuta strukturunda manatın payının artdığını göstərir.

Hüquqi şəxslərin həm manat, həm də xarici valyutada depozitləri azalıb. Şirkətlərin manatla vəsaitləri təxminən 77,1 mln manat, xarici valyutada depozitləri isə 46,5 mln manat azalıb.

Bankın digər maliyyə institutlarından cəlb etdiyi depozitlər də 360,5 mln manatdan 267,2 mln manata enib. Bu portfeldə 93,3 mln manat və ya 25,9% azalma qeydə alınıb. 

Depozit bazasının kiçilməsi Xalq Bankın ümumi balansına da təsir göstərib. Bankın cəmi öhdəlikləri 2025-ci ilin sonundakı 2 mlrd 642 mln manatdan 2 mlrd 308,7 mln manata düşüb. Öhdəliklər altı ay ərzində 333,3 mln manat və ya 12,6% azalıb. 

Bankın cəmi aktivləri isə 352,2 mln manat və ya 11,1% azalaraq 3 mlrd 184,5 mln manatdan 2 mlrd 832,3 mln manata enib. 

Aktivlərin azalmasında bankın xarici banklardakı “Nostro” hesablarının 494,9 mln manatdan 125,4 mln manata düşməsi əsas rol oynayıb. Bu maddə üzrə azalma 369,6 mln manat və ya 74,7% təşkil edib. Eyni zamanda bankın qiymətli kağız portfeli 218,1 mln manatdan 95,9 mln manata enib. 

Bank sərbəst vəsaitlərinin bir hissəsini daha qısamüddətli alətlərə yönəldib. Banklararası bazarda yeddi günədək müddətə yerləşdirilən vəsaitlər 38,6 mln manatdan 206,6 mln manata yüksəlib.

Müştərilərə verilmiş ümumi kreditlərin həcmi 1 mlrd 847,4 mln manatdan 1 mlrd 776,8 mln manata, xalis kredit portfeli isə 1 mlrd 802,5 mln manatdan 1 mlrd 730,3 mln manata düşüb. Xalis kredit portfeli 72,2 mln manat və ya 4% kiçilib. 

Xalq Bankın cəmi kapitalı da altı ay ərzində 542,5 mln manatdan 523,6 mln manata enib. Kapitalda 18,9 mln manat və ya 3,5% azalma baş verib. 

Beləliklə, 2026-cı ilin ilk yarısında Xalq Bankın balansının kiçilməsi əsasən müştəri və maliyyə institutlarının depozitlərinin azalması, xarici banklardakı vəsaitlərin geri çəkilməsi, qiymətli kağız və kredit portfellərinin daralması ilə müşayiət olunub. Depozitlər üzrə əsas dəyişiklik isə xarici valyutada vəsaitlərin azalması və fiziki şəxslərin əmanətlərində manatın payının artması olub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyul 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri