Xalq Bank ölkənin ən çox vergi ödəyən 100 şirkəti sırasındadır
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Xalq Bank 2025-ci ilin maliyyə nəticələrinə əsasən, Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında yer alıb. Qeyd edək ki, Dövlət Vergi Xidməti tərəfindən açıqlanan siyahı 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərini əhatə edir.
Globalinfo.az bildirir ki, Xalq Bankın bu siyahıda təmsil olunması onun ölkə iqtisadiyyatına verdiyi töhfəni, şəffaf fəaliyyət prinsiplərinə sadiqliyini və maliyyə dayanıqlılığını təsdiq edir.
Xalq Bank ötən il ərzində məhsul və xidmət əlçatanlığının artırılması ilə yanaşı, ölkədə ümumi iqtisadi aktivliyin dəstəklənməsi və sosial məsuliyyət təşəbbüslərinin həyata keçirilməsi istiqamətində layihələr həyata keçirmişdir.
Bank gələcək dövrdə də fəaliyyətində şəffaflıq və məsuliyyət prinsiplərini əsas tutaraq dayanıqlı fəaliyyət ilə ölkə iqtisadiyyatına töhfənin artırılmasını prioritet kimi müəyyən etmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 13 Aprel 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















