Icma.az
close
up
RU
“Xalq Bank”ın maliyyə vəziyyəti məlum olub Hesabat

“Xalq Bank”ın maliyyə vəziyyəti məlum olub Hesabat

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Xalq Bank” 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

“APA-Economics” banka istinadən xəbər verir ki, ötən il “Xalq Bank”ın xalis mənfəəti 2023-cü illə müqayisədə 26.2% və ya 13.6 milyon manat artaraq 65 milyon 721 min manat təşkil edib. 2023-cü ildə bank 52 milyon 70 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 13.8% artaraq 183 milyon 965 min manat, faiz xərcləri isə 47% artaraq 50 milyon 143 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 42 milyon 816 min manat ( illik müqayisədə 41.5% çox ), qeyri-faiz xərcləri isə 99 milyon 474 min manata ( illik müqayisədə 24% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 77 milyon 163 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 373 min manat azdır.

Ötən il bankın aktivləri 0.4% və ya 13.7 milyon manat azalaraq 3 milyard 68 milyon 845 min manat təşkil edib. Bu dövrdə bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 3.3% və ya 60.2 milyon manat artaraq 1 milyard 887 milyon 236 min manata çatıb.

Bu dövrdə “Xalq Bank”ın cəmi öhdəlikləri 2 milyard 557 milyon 855 min manat təşkil edib ki, bu da illik müqayisədə 0.8% və ya 20.4 milyon manat azdır.

Hesabat dövründə “Xalq Bank”dan 315 milyon manatdan çox depozit geri çəkilib. Belə ki, ötən il bankın depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 14.2% və ya 315 milyon 609 min manat azalaraq 1 milyard 905 milyon 362 min manata enib.

2025-ci il yanvar ayının 1-nə “Xalq Bank”ın cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.3% və ya 6.7 milyon manat artaraq 510 milyon 990 min manat təşkil edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Yanvar 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri