Icma.az
close
up
RU
Xalq bir yumruq kimi birləşmişdi...

Xalq bir yumruq kimi birləşmişdi...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

17 noyabr - Milli Dirçəliş Günü böyük təntənə və qürur hissi ilə qeyd edilir

Öz taleyinin sahibi olması, müstəqil dövlətini qurması Azərbaycan xalqının ən böyük uğurudur. Lakin müstəqilliyə çatanadək xalqımız bir sıra çətinliklərdən keçib.

1988-ci il noyabrın 17-də müstəqillik tariximizin önəmli bir səhifəsi yazılıb. Həmin gün indiki Azadlıq meydanında keçirilən izdihamlı mitinq müstəqillik uğrunda mübarizənin başlanğıcı olub. Bu mübarizə 1991-ci ildə Azərbaycanın XX yüzillikdə ikinci dəfə müstəqilliyini bəyan etməsi ilə nəticələnib. Hər il ölkəmizdə 17 noyabr - Milli Dirçəliş Günü böyük təntənə və qürur hissi ilə qeyd olunur.

Heydər Əliyevin yaratdığı möhkəm zəmin

Müstəqil dövlətin ayaqda durması üçün bir sıra şərtlər təmin edilməli, o cümlədən də iqtisadi və ideoloji zəmin yaradılmalıdır. Azərbaycan üçün belə fundamental əsasları xalqımızın müdrik oğlu, böyük siyasətçi Heydər Əliyev yaradıb. Onun respublikamıza rəhbərliyi iki fərqli ideoloji formasiyaya təsadüf edir. Onlardan biri sərt qadağaların, milli məhdudiyyətlərin hökm sürdüyü keçmiş sovet dönəmi, digəri isə müstəqilliyimizin ilk illəridir. Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi onda idi ki, O, hər iki dönəmdə Azərbaycanın müstəqilliyi naminə böyük işlər görməyi bacarmışdır. Birinci mərhələdə Heydər Əliyev keçmiş sovet dönəminin sərt qadağalarına baxmayaraq, xalqımızın özünüdərk hissinin güclənməsi üçün məqsədyönlü fəaliyyət həyata keçiririb. O, 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 18 minədək azərbaycanlı gəncin yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına nail olub. Həmin kadrlar sonradan müstəqil Azərbaycanın idarə olunmasında fəal iştirak edəcəkdilər. Heydər Əliyev keçmiş ittifaqdakı nüfuzundan istifadə edərək bir sıra iqtisadi layihələrin məhz respublikamızda reallaşdırılmasını təmin edib. Bunlar isə gələcək müstəqil Azərbaycan üçün güclü iqtisadi dayaqlar idi.

Böyük Heydər Əliyevin Azərbaycanın sabahı naminə misilsiz fəaliyyəti bütün mühüm istiqamətləri əhatə edib. Bu sırada Onun milli mədəniyyətə, ədəbiyyata, Azərbaycan dilinə böyük qayğısını xüsusi qeyd etmək lazımdır. Uzaqgörən siyasətçi Heydər Əliyevin səpdiyi toxumlar ötən əsrin səksəninci illərinin sonlarından etibarən cücərməyə başladı. Onun zamanında məqsədyönlü şəkildə yaratdığı zəngin irs sonralar müstəqil Azərbaycanın iqtisadi, mədəni və ideoloji əsaslarına çevrildi.

İş elə gətirdi ki, sonradan Azərbaycanın 1991-ci ildə qazandığı müstəqilliyinin qorunması missiyasını da Heydər Əliyev yerinə yetirdi. 1993-cü ilin yayında müstəqilliyimizin əldən getməsi təhlükəsi tam real idi. Belə çətin şəraitdə xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Heydər Əliyev atdığı qətiyyətli addımlarla müstəqilliyimizi qorumağa və  hadisələri müsbət məcraya yönəltməyə nail oldu.

Bütün Azərbaycanın ürəyi Azadlıq meydanında döyünürdü...

Sərt qadağalarla, süni təbliğatla idarə olunan keçmiş ittifaqın nə vaxtsa süqutu labüd idi. Onilliklər boyunca gizli gedən bu proses ötən əsrin sonlarına doğru müəyyən formalarda açıq şəkildə təzahür etməyə başladı. Milli ideyaları əxz edən, özünəinam hissi artan Azərbaycan xalqı bəhs olunan dövrdə böyük bir imperiyada başlayan proseslərin aktiv iştirakçıları sırasında yer alırdı. Azərbaycanda milli-azadlıq hərəkatı Ermənistanın respublikamıza qarşı ərazi iddiaları fonunda açıq müstəviyə keçdi. 1988-ci ilin əvvəlindən etibarən Ermənistanın Azərbaycana qarşı təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin o dövrdəki rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər həmçinin Azərbaycanın Dağlıq  Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar tarixi torpaqlarımız olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb  Ermənistana  birləşdirilməsini tələb edirdilər.

Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan indiki Azadlıq meydanında keşmiş sovet hakimiyyətinin xalqımıza qarşı apardığı siyasətə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin izdihamlı mitinqi başlandı. Mitinq iştirakçıları respublikamıza qarşı ərazi iddiaları irəli sürən Ermənistanla iqtisadi əlaqələrin kəsilməsini, Topxanada görülən işlər barədə ətraflı məlumat verilməsini, Ağdam şəhərində qadağa saatının ləğv edilməsini, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanlarının buraxılmasını, orada Azərbaycanın hüquqi və siyasi hakimiyyətinin bərpa olunmasını və digər tələbləri irəli sürürdülər. Bütün xalq bir yumruq kimi birləşmişdi. Bu, əsl xalq, milli azadlıq hərəkatı idi. Respublikanın, bütün Azərbaycanın ürəyi Azadlıq meydanında döyünürdü. Həmin gün haqqında danışan Heydər Əliyev deyib ki, xalqın qanında yaşayan azadlıq istəyinin, müstəqillik arzusunun qabağını heç bir qüvvə, hətta ən güclü sel belə kəsə bilməz.

Noyabrın 17-də başlayan izdihamlı mitinqlər günlərlə gecə və gündüz davam etdi. Dekabrın əvvəllərində keçmiş sovet qoşunları ümumxalq mitinqini dağıtmağa nail olsalar da, sonradan xalqımızın müstəqillik uğrunda mübarizəsi dönməz bir məcraya yönəldi.

Tarixi qələbələrimiz müstəqil Azərbaycanın ən böyük uğurlarıdır

44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığımız möhtəşəm qələbələr müstəqillik yolunda nail olduğumuz ən böyük uğurlarımızdır. Vətən müharibəsində qazanılan böyük Qələbə sayəsində Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etdi. 2023-cü il sentyabrın 19-da isə Ordumuz separatçıların yuva saldıqları ərazilərimizdə lokal xarakterli antiterror tədbirləri keçirdi və cəmi 23 saat ərzində onu uğurla tamamladı.

Artıq Azərbaycan xalqı Milli Dirçəliş Gününü böyük qürur hissi ilə ölkənin bütün ərazisində qeyd edir. Respublikamızda Milli Dirçəliş Gününün yüksək səviyyədə qeyd olunmasına dövlət səviyyəsində böyük diqqət göstərilir. Təsadüfi deyildir ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər il Milli Dirçəliş Günü ilə bağlı özünün sosial şəbəkə hesabında paylaşımlar edir ki, bu da onun müstəqilliyimizə verdiyi böyük dəyərin ifadəsidir.

Mübariz ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri