Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Xalq Cümhuriyyətinin baş naziri

Xalq Cümhuriyyətinin baş naziri

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Nəsib bəy Yusifbəyli – 145

Milli mücadilə tariximizin görkəmli şəxsiyyətlərindən biri – Nəsib bəy Yusifbəyli cəmi 39 il yaşasa da, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri, daxili işlər, maarif və dini etiqad, xalq maarifi, maliyyə və xalq maarifi naziri və sair mühüm dövlət vəzifələrində fədakarcasına çalışaraq tarix yazmış fədailərdən olub. Vətəninin taleyüklü məsələlərinin həlli və xalqının mənafeyinin qorunması ilə bağlı çiyinlərində ciddi məsuliyyət yükü daşıyıb. Eyni zamanda, məmləkətdə türkçülük ideyasının ya­ranmasında və formalaşmasında onun böyük xidmətləri olub. 

Nəsib bəy 1881-ci il iyulun 5-də Gəncədə dünyaya göz açıb. Gimnaziyada orta təhsil alıb, sonra Odessadakı Universitetin hüquq fakültə­sinə daxil olub. Orada tələbə olan soydaşları Nəriman Nərimanov və Xosrov bəy Sultanov­la yaxınlıq edib. Lakin siyasi təqiblərə görə nə Odessada, nə də köçürüldüyü Xarkov Universi­tetində ali təhsilini bitirə bilməyib, Krımın Bağ­çasaray şəhərinə gedərək “Dildə, fikirdə, işdə birlik!” ideyasının müəllifi İsmayıl bəy Qaspı­ralının əsasını qoyduğu “Tərcüman” qəzetində çalışıb. Siyasi düşüncə və fəaliyyətlərinə görə çar hökuməti onu təqib etdiyi üçün İstanbula köçməli olub. Orada Türk Dərnəyi cəmiyyətinə qoşulub. Bir müddət sonra yenidən Bağçasaray­da “Tərcüman”da işləyib, eyni zamanda, özü baş rolda oynamaqla Azərbaycan dramaturqla­rının əsərlərini səhnələşdirib.

1909-cu ildə Gəncəyə qayıdan Nəsib bəy Şəhər Dumasında fəaliyyət göstərub. “Qana qan” şüarı ilə erməni terroruna qarşı savaş açan “Difai” milli təşkilatının qurucularından olub. “Molla Nəsrəddin” jurnalına məqalələr yazıb. Ümumiyyətlə, onun bədii-pulisistik fəaliyyəti geniş olub. “Təslim” adlı roman yazdığı da qeyd olunur. Müsəlman xeyriyyə cəmiyyəti, Müsəl­manların maariflənməsi cəmiyyəti, Aktyorlar cəmiyyətinin fəaliyyətlərində yaxından iştirak edib. Bu zaman Məhəmməd Əmin Rəsulza­də ilə tanış olub və ictimai-siyasi fəaliyyətə başlayıb. Maarifçilik işləri ilə də məşğul olub. 1918-ci ildə yaranan Zaqafqaziya Seyminə üzv seçilib. Ömrünün son 1 ilində AXC-nin Nazirlər Şurasının sədri kimi məhsuldar çalışan Nəsib bəyin şərəfinə bu təsisata Yusifbəyli hökumə­tin adı verilib. Onun baş nazir olduğu dövrdə xalqımızın tarixində ən mühüm hadisə 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin 23 böyük dövlət tərəfindən de-fakto tanınması olub.

Həmin tarixdən 3 gün sonra N.Yusifbəyli Azərbaycan xalqına müraciət edib. Müraciətdə deyilirdi: “Azərbaycanın müstəqilliyi Böyük Avropa millətlərinin Ali Şurası tərəfindən yek­dilliklə tanınmışdır. Azərbaycanın Qərb xalqları ailəsinin tamhüquqlu üzvlüyünə daxil olması onun tarixində ən işıqlı gündür. Bu gündən onun mənəvi qüvvələrinin yeni çiçəklənmə dövrü başlanır. Hökumət inanır ki, bütün vətəndaşlar yenidən hər hansı bir maneə və təhlükə yara­narsa belə, azad və müstəqil Vətənin xoşbəxt­liyini təmin etmək üçün birləşəcəklər. Yaşasın müstəqil Azərbaycan xalqı!”

Bakı Dövlət Universitetinin yaradılması, 100 nəfərə yaxın azərbaycanlı gəncin Avro­panın müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin hazırlanması, savadsızlıqla mübarizə kursları­nın açılması, məktəb dərsliklərinin hazırlanması və nəşrinə başlanılması da Yusifbəyli hökuməti dövrünün mühüm hadisələri sırasındadır...

Müasirləri Nəsib bəyi son dərəcə səmimi in­san, düzgünlüyü və demokratikliyi ilə fərqlənən dövlət xadimi kimi xatırlayıblar. Deyilənə görə, bir dəfə baş nazir olduğu vaxtlarda o, hansısa bir iş üçün atasından pul istəyir. Atası Yusif bəy Yusifbəyli oğluna deyir: “Tələbəliyində pul ver­dim, siyasətdə oldun, yenə pul verdim, indi ki, baş nazirsən, yenə pulun yoxdur?”

Azərbaycanın işğalından sonra bir sıra Cümhuriyyət qurucuları və siyasi xadimləri kimi, Nəsib bəy də Bakını tərk etmək məcburiy­yətində qalıb. Nağı Şeyxzamanlı baş nazirlə son görüşü barədə yazmışdı: “Nəsib bəyin çöhrəsin­də kədərli cizgilər aydın hiss edilirdi. Bu sükutu Nəsib bəyin kədərli səsi pozdu: “Azərbaycanın istiqlalını qurduq, ancaq saxlaya bilmədik”. 

Bir neçə mənbədə Nəsib bəy Yusifbəylinin AXC-nin süqutunun 33-cü günündə – 1920-ci ilin 31 mayında Yevlax istiqamətində, Kürdəmir yaxınlığındakı yolda faciəli surətdə gülləbaran edilməsi barədə məlumat verilsə də, məzarının olub-olmaması məsələsinə toxunulmur. Azərbay­can Xalq Cümhuriyyətinin Ensiklopediyasının 2-ci cildində (Bakı-2005) yazılır ki, “Bakının 11-ci Qırmızı ordu tərəfindən iğalından sonra təqib­dən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli yolda faciəli surətdə qətlə yetirildi”. 

Bəzi mənbələrdə isə onun bolşevik xəfiy­yələri tərəfindən gizli şəkildə Gəncədə və ya Gürcüstanda (Tiflis, Sığnak) öldürüldüyü və bu­rada anonim bir yerdə dəfn olunduğu iddia edilir. M.Ə.Rəsulzadə də Nəsib bəylə bağlı yazısında onun Sığnakda öldürüldüyünü yazmışdı. Ancaq bunlardan heç biri öz təsdiqini tapmayıb. Amma Gəncənin “Köhnə Səbiskar” məzarlığında yer­ləşən “Difai fədailəri” kompleksində Nəsib bəy Yusifbəylinin büstü qoyulub. Dədə-baba evinin yerləşdiyi Səfərabad məhəlləsindəki küçə hazır­da Nəsib bəy Yusifbəylinin adını daşıyır. Bakıda və Xankəndidə də onun adına küçələr var.

Yeri gəlmişkən, M.Ə.Rəsulzadə yaxın məs­ləkdaşı və silahdaşı haqqında yazırdı ki, Nəsib bəy Yusifbəyli xalqçı, idealist, millətpərvər, de­mokrat və liberal bir şəxsiyyət olmuşdu: “Nə­sib bəyin Azərbaycan istiqlalındakı və istiqlal hərəkatındakı rolu sadə nazirliklə və Baş nazir olduğunu söyləməklə ifadə edilə bilməz. Onun istiqlal hərəkatındakı həqiqi rolu sonra tutduğu bu rəsmi mövqelərindən çox daha əvvəl başla­mışdı. Azərbaycan ideyasının siyasi bir mətləb maddəsi şəklində formula etmək tərifi Nəsib bəyindir. Sadəcə, bu, Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir isim halına qoymaq üçün kafidir”. 

Bağçasarayda İsmayıl bəy Qaspıralının bö­yük qızı Şəfiqə xanımla ailə qurmuş Nəsib bəyin Zöhrə və Niyazi adında 2 övladı vardı. Niyazi Qalatasaray Universitetini bitirib. Azərbaycanlı mühacirlər Türkiyəyə yığışdığı vaxt qurultay­larda aparıcı fiqurlardan olub. “Türk izi” dərgi­sində məqalələrlə çıxış edib. Zəhra 1995-ci ilə qədər İstanbulda yaşayıb, nəvələri Almaniyaya köçüblər. AXC-nin 2-ci baş nazirinin adını da­şıyan nəvəsi Nəsib bəyin isə son dövrlərə qədər İzmirdə yaşadığı bildirilir. 

Yekunda qeyd edək ki, Prezident İlham Əli­yevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixli sərəncamı ilə milli mücadiləmizin şərəfli döv­rü daha dolğun və layiqincə tədqiq edilib, çox­lu nəşrlər işıq üzü görüb və bayram tədbirləri, elmi konfranslar keçirilib. Milli tərəqqi yolunun cığırdaşı – zamanının görkəmli şəxsiyyəti olan Nəsib bəy Yusifbəylinin həyatı və ictimai-siyasi fəaliyyəti də geniş işıqlandırılaraq layiqli qiy­mətini alıb. 

Ə.ƏLİYEV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see445

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see427

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see409

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see279

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see275

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see264

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see260

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see245

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see239

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see230

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see220

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see215

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see200

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see197

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see191

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see191

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see189

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see184

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see166

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri