“Xalq rəssamı Davud Kazımovun yaradıcılığı” adlı mühazirə dinlənilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Milli İncəsənət Muzeyində “Muzeydə mühazirə” layihəsi çərçivəsində “Xalq rəssamı Davud Kazımovun yaradıcılığı” adlı mühazirə dinlənilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Bildirilib ki, görkəmli rəssam Davud Kazımovun 100 illiyinə həsr olunan sərgi çərçivəsində təşkil edilən mühazirə Azərbaycan Rəssamlıq Akademiyasının Akademik rəngkarlıq və kompozisiya kafedrasının dosenti, rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bəxtiyar Yusufovun təqdimatında reallaşıb.
Tədbirdə Akademik rəngkarlıq və kompozisiya kafedrasının müdiri, dosent Ramil Məmmədov, həmin kafedranın baş müəllimi Anar Əliyev çıxış ediblər.
Çıxışlarda görkəmli sənətkarın zəngin yaradıcılıq irsi, əsərlərinə xas bədii üslub xüsusiyyətləri, yaradıcılıq mərhələləri və sərgidə nümayiş etdirilən əsərlər haqqında ətraflı məlumat verilib. Xalq rəssamının oğlu, professor Akif Kazımov isə sənətkarla bağlı xatirələrini dinləyicilərlə bölüşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 13 Mart 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















