Icma.az
close
up
RU
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib

Xalq rəssamı Rafiq Nəsirov vəfat edib

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.


Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış kino rəssamı, Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Rafiq Nəsirov 29 noyabr 2024-cü il tarixində, 78 yaşında vəfat edib.


Missiya.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

Rafiq Əliş oğlu Nəsirov 4 avqust 1947-ci ildə Sabirabad şəhərində anadan olub. 1964-cü ildə Politexnik Texnikumunun Memarlıq fakültəsini, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Memarlıq şöbəsini bitirib. 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında memar kimi əmək fəaliyyətinə başlayıb. Daha sonra kino rəssamlığı üzrə işləyib. “Azərbaycanfilm”də müxtəlif illərdə istehsal olunmuş “Bədbəxtliyin astanasında”, “Yeddi gözəl”, “Əzablı yollar”, “Musiqili xaş”, “Bəyin oğurlanması”, “Cin mikrorayonda”, “Qəm pəncərəsi”, “Şeytan göz qabağında”, “Yaramaz”, “Sahilsiz gecə”, “Bəxt üzüyü”, “Qəzəlxan”, “Nakəs”, “Həm ziyarət, həm ticarət”, “Yük”, “Otel otağı”, “Sarı gəlin”, “Cavad xan”, “Nə gözəldir bu dünya”, “Ovsunçu”, “Küçələrə su səpmişəm”, “Məhkumlar”, “Biz qayıdacağıq”, “Günaydın, mələyim”, “Yarımçıq xatirələr”, “Dolu”, “Mərmər soyuğu” və s. filmlərin quruluşçu rəssamı olub. Rafiq Nəsirov eyni zamanda Rusiyada lentə alınan bir sıra teleseriallara da bədii tərtibat verib, Polşa və Fransa kinematoqrafçıları ilə əməkdaşlıq edib. 

Sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, 2000-ci ildə “Əməkdar rəssam”, 2007-ci ildə “Xalq rəssamı” fəxri adlarına, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə isə 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://missiya.az
archiveBu xəbər 29 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see303

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see288

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see265

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see261

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see256

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see249

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see247

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see245

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see229

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see222

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see213

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see212

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see209

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see208

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see207

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see206

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see204

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see188

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see173

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri