Icma.az
close
up
RU
Xalq ruhunun mahir bəstəçisi

Xalq ruhunun mahir bəstəçisi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Qəmbər Hüseynli – 110

Kiçik bir uşaq nəğməsi “Cücələrim” sənətkara böyük dünya şöhrəti gətirib

“Cücələrim” uşaq mahnısının adı gələndə dodaqlarda təbəssüm, qəlblərdə bir doğmalıq yaranır. Bu ad bizi uşaqlığımızın ən bəxtəvər çağlarına aparır. Dilimiz topuq vura-vura, hələ sözləri tam tələffüz edə bilmədiyimiz illərdə də həvəslə oxuduğumuz, hətta böyüdükdən sonra belə zövqlə dinlədiyimiz “Cücələrim” mahnısı tez-tez yada düşür. 

Hər bir uşaq ilk dəfə piano arxasına keçəndə, balaca barmaqları ilə məhz bu melodiyanı ifa etməyi öyrənməyə calışır. “Cücələrim” sadəcə bir musiqi deyil, hər birimizin içində yaşayan o təmiz, qayğısız uşağın səsi, onun saflığını dünyaya tanıdan və sevdirən mənəvi vizit vərəqimizdir. Bəli, söhbət bu ölməz əsərin müəllifi, milli musiqi xəzinəmizin unudulmaz bəstəkarı Qəmbər Hüseynlidən gedir…

Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində dünyaya göz açıb. 1927-ci ildə məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunub. 1929-cu ildə isə təhsilini Gəncə Pedaqoji Texnikumunda davam edib. 1934-cü ildə tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq üçün Bakıya göndərilir. Burada iki il müddətində tanınmış pedaqoq A.S.Şvartsın violonçel sinfinə qəbul olunur.

Lakin Qəmbərin musiqiyə olan hədsiz marağı onu bir an belə, rahat buraxmır. Bu, müəllimlərinin də diqqətindən yayınmır. Onu bəstəkarlıq şöbəsinə keçirirlər. Gələcəyin bəstəkarı burada Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir. Çox keçmir ki, Qəmbərin bəstəkarlıq qabiliyyəti də özünü göstərir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını bəstələyir. Bununla da istedadlı bəstəkar olacağını təsdiqləyir.

1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilir. Burada cəmi bir il çalışsa da, qısa müddətdə əhəmiyyətli işlər görür. Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir. 

Görkəmli bəstəkarın fəaliyyətində mahnı və romans yaradıcılığı mühüm yer tutur. O, “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” kimi əsərlərin altına imza atır. Bəstəkarın “Tellər oynadı” romans-mahnısı uzun illərdir sevə-sevə dinlənilir. Ancaq onun mahnı çələngindəki öz təravətini hər zaman qoruyan, bütün dünyanı diyar-diyar dolaşan “Cücələrim” mahnısı yaradıcılığının vizit kartına çevrilmiş, Azərbaycan musiqisini beynəlxalq aləmdə tanıdan ən parlaq sənət incisi kimi tarixə düşmüşdür. Sənətşünasların yekdil rəyinə görə, indiyə kimi bu mahnı qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. 1948-ci ildə şair Tofiq Mütəllibovla birgə ərsəyə gətirdikləri bu ölməz əsər, sadəcə, bir uşaq nəğməsi deyil, həm də yüzdən çox xalqın dilinə tərcümə olunaraq milyonlarla insanın qəlbinə yol tapan milli qürur mənbəyimizdir.

Tofiq Mütəllibov xatirələrində yazır: “Bir gün Qəmbər Hüseynli mənə zəng edib evlərinə dəvət etdi. “Cücələrim” mahnısının melodiyasını çaldı. Dedi ki, bu musiqiyə mətn yaza bilərsənmi? Razılıq verdim. Bir neçə gündən sonra mətn hazır oldu. Onunla birlikdə mətndə bir sıra dəyişikliklər etdik. Beləliklə, məşhur “Cücələrim” meydana gəldi. O, həmişə deyərdi: “Mən əminəm ki, “Cücələrim”in səyahəti böyük olacaq”. Görkəmli bəstəkar sözlərində yanılmamışdı. Əgər o, ömrü boyu “Cücələrim” mahnısından başqa heç bir əsər yazmasaydı, yenə də musiqi tarixində layiqli yer tutacaqdı. Bir əsərlə dünyada məşhurlaşmaq hər sənətkara nəsib olmur. Qəmbər Hüseynli “Cücələrim” mahnısı ilə sağlığında özünə abidə ucaltdı”.

Hətta dahi Çarli Çaplin belə fransalı qonaqların Azərbaycandan gəldiyini eşidəndə piano arxasına keçib bu melodiyanı ifa etmiş və “Məndən o bəxtəvər bəstəkara salam yetirin” demişdi. Yeri gəlmişkən, Sovet “multfilm” sənayesinin şedevrlərindən olan “Nu, poqodi!” silsilə cizgi filminin məşhur seriyalarından birində də məhz bu mahnı doğma dilimizə səsləndirilərək bütün SSRİ-ni fəth etmişdi. 

Qeyd edək ki, 1950-ci illərin sonundan etibarən Çində bu mahnı “Mənim kiçik cücələrim” adı ilə geniş yayılıb. Çin dilinə tərcümə olunub və hətta bu ölkənin musiqi dərsliklərinə də daxil edilib. Tez-tez Çin televiziyalarında və qala-konsertlərdə uşaqların ifasında eşidilir. Kolumbiyada isə “Cücələrim” bir dövr uşaq bağçalarında və ibtidai məktəblərdə musiqi dərslərinə salınmışdı. 

Mahnı ispan dilinə “Mis Pollitos” (mənim cücələrim) adıyla tərcümə olunub. Maraqlısı odur ki, Kolumbiyada bu mahnı o qədər məşhurlaşıb ki, bəzi bölgələrdə insanlar onun məhz öz xalq mahnıları olduğunu düşünürlər. Melodiyanın sadəliyi və ritmi Latın Amerikası musiqi ruhuna çox yaxın olduğu üçün orada hələ də uşaq şənliklərində səsləndirilir.

Lakin Qəmbər Hüseynlinin taleyi “Cücələrim” qədər şən və qayğısız olmayıb. Jurnalist Müsəllim Həsənovun arxiv sənədlərinə istinadən apardığı araşdırmalar bəstəkarın həyatındakı qaranlıq səhifəyə işıq salır. Uzun illər dolaşan şayiələrin əksinə, sənətkarın həbsi məşhur “Cücələrim” mahnısı ilə deyil, İkinci Dünya müharibəsinin başladığı dövrlə bağlıdır. Çoxları elə bilir ki, o, bu mahnıya görə həbs edilib, amma həqiqət tam başqadır. 

Arxiv sənədləri və bəstəkarın dahi sənətkar Üzeyir Hacıbəyliyə ünvanladığı məktublar sübut edir ki, o, 1941-ci ilin dekabrında, müharibənin ən ağır dövründə həbs olunub. Həbsin əsl səbəbi isə nə siyasi baxışlar, nə də yaradıcılıqla əlaqəlidir – hərbi çağırışdan yayınmadır. Bəstəkar öz məktubunda bu hadisəni “qorxaqlıq ucundan törədilmiş bir cinayət” kimi səmimi şəkildə etiraf edib. Məhz bu xətasına görə 3 il 8 ay məhbus həyatı yaşayıb. 

1945-ci ildə ümumi əfv fərmanı ilə azadlığa çıxan sənətkar üçün çətin günlər bununla bitməyib. Keçmiş məhkumluğu səbəbindən uzun müddət işsiz qalıb, radio və konsert proqramlarından kənarda saxlanılıb. Yalnız 1947-ci ildə Üzeyir bəyə yazdığı o məşhur məktubdan sonra ustadın himayədarlığı ilə yenidən sənətə qayıdıb. Maraqlıdır ki, xalq arasında həbsinə səbəb kimi göstərilən Cücələrim mahnısı bəstəkar azadlığa çıxdıqdan illər sonra – 1949-cu ildə yazılıb və qısa zamanda 148 dilə tərcümə olunaraq ona dünya şöhrəti qazandırıb.

O, cəmi 45 il ömür sürdü. Yaradıcılığının ən məhsuldar çağında, 1961-ci ilin iyulunda bu işıqlı dünyaya əlvida dedi. Lakin bu gün Gəncənin mərkəzində ucalan heykəli, dünyanın dörd bir yanında əks-səda doğuran “Cücələrim” nəğməsi və hər birimizin qəlbində iz qoyan o səmimi təbəssümü ilə Qəmbər Hüseynli hələ də bizimlədir. Ruhun şad olsun, nəğməkar sənətkar! Sənin “Cücələrin” hələ çox nəsilləri musiqinin sehri ilə böyüdəcək, Azərbaycanın səsini sərhədlərdən uzaqlara daşıyacaq.

Elenora HƏSƏNOVA 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:399
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri