Icma.az
close
up
RU
Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir”

Xalq şairi sənəd paylaşdı, üsyan etdi: “Prezidentin siyasətinə ziddir”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Tanıdığım bir adam evinin təmiri üçün alış-veriş edərkən ana dilimizə 34 illik müstəqillik yolundan sonra da davam edən sayqısızlığa dözə bilməyib və narazılığını mənə yazıb”.

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Azərbaycan Dil Qurumunun başqanı, Xalq şairi Sabir Rüstəmxanlı bildirib.

O, mağazada vətəndaşa verilən qaimənin fotosunu paylaşaraq yazıb:

“Bu sənəddə diqqət çəkən iki ciddi məsələ mövcuddur. Birincisi, qaimənin (xərclər sənədinin) rus dilində tərtib olunmasıdır. Ölkəmizdə dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında” qanuna əsasən, ölkədə fəaliyyət göstərən bütün müəssisə-təşkilatlar rəsmi sənədləşməni dövlət dilində aparmalıdırlar. Bu qaimənin rus dilində hazırlanması həm hüquqi, həm də dilimizin dövlət idarəçiliyində və ticarət dövriyyəsində rolunun azaldılması baxımından dilimizə hörmətsizlikdir.

İkinci problem sənəddə qeyd olunsn avadanlıqların adlarının indiyədək Azərbaycan dilində müəyyən edilməməsi və yad dildə göstərilməsidir. Əgər bu avadanlıqların dövlət reyestrində və ya texniki təsnifat sistemində Azərbaycan dilində qarşılığı artıq mövcuddursa, o zaman həmin adların sənədlərdə istifadəsinin olmaması məsuliyyətsizlikdir. Əgər hələ qarşılıqlar müəyyən edilməyibsə, bu da ayrıca problem kimi qalır və müvafiq qurumların - özəlliklə Terminalogiya Komitəsinin və Standartlaşdırma, Metrologiya və Patent üçün Dövlət Komitəsinin bu istiqamətdə işini sürətləndirməsi vacibdir. Prezident İlham Əliyev iki hün öncə Akademiyadakı çıxışında vurğulayır ki, Dilimizin saflığının qorunması hər bir azərbaycanlının borcudur”.

S.Rüstəmxalı qeyd edib ki, sənədlərin dövlət dilində tərtib edilməməsi və texniki adlandırmaların milli dilimizdə olmaması, Prezidentin apardığı milli dil siyasətinə ziddir:

“Azərbaycan dilinin iqtisadi-texniki sahələrdə işlənməsi yalnız dil siyasətinin tələbi deyil, həm də milli kimliyimizin qorunması deməkdir. Buna görə də hər bir kommersiya sənədi, o cümlədən qaimələr yalnız Azərbaycan dilində tərtib edilməli və malların adları Azərbaycan terminologiyasına uyğun yazılmalıdır. Bu yanaşma həm hüquqi cəhətdən, həm də ictimai-mədəni baxımdan əsaslıdır. Dövlət idarələri və kommersiya təşkilatları vətəndaşın bu və buna bənzər iradlarını diqqətlə nəzərə almalıdırlar”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Noyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri