Icma.az
close
up
RU
Xalq şairimizin qızı qardaşından imtina etdi Səbəb

Xalq şairimizin qızı qardaşından imtina etdi Səbəb

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan mərhum xalq şairi Söhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin əməkdaşı Tahir Tahirinin məsuliyyətdən yayınmaq məqsədilə İrana qaçdığı iddia olunur. Bu məsələ görkəmli şairin həyatını yenidən gündəmə gətirib.

Globalinfo.az Xalq şairi Söhrab Tahirin qızı, Tahir Tahirinin bacısı Nəsibə Tahirlə əlaqə saxlayıb.

O, qardaşının Azərbaycandan İrana qaçmasından xəbərsiz olduğunu bildirib.

“Təəssüf ki, bu barədə heç bir söz deyə bilməyəcəm. Çünki bizim çoxdandır ki, onlarla əlaqəmiz yoxdur”, – N.Tahir qeyd edib.

Məlumat üçün bildirək ki, mərhum xalq şairi Söhrab Tahir 27 may 1926-cı ildə İranın Astara şəhərində, Gilan ostanında dünyaya gəlib. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil almış şair, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olub. Daha sonra atası siyasi fəaliyyətinə görə həbs olunub, Kirmanşaha sürgün edilib.

Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edən S.Tahir 1945-1946-cı illərdə ADF MK-də təşkilat şöbəsində təlimatçı işləyib.

Söhrab Tahir

1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən Bakıya hərbi təhsil almağa göndərilib.

1947-1950-ci illərdə Bakı Diş və Feldşerlik məktəbində təhsil alıb.

1952-1957-ci illərdə isə ADU-nun filologiya fakültəsində oxuyub.

1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub.

“Tahir” və “Azərazər” təxəllüslərindən istifadə edən şair 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən isə “Azərbaycan” jurnalında redaktor olub. İlk nəsr kitabı 1981-ci ildə işıq üzü görüb.

2002-ci ildən prezident təqaüdçüsü olub. 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Xalq şairi Söhrab Tahir uzun illər şəkər xəstəliyindən əziyyət çəkib. Son illərdə xəstəliyi şiddətlənib və nəticədə ayaqlarında qanqrena yaranıb. 30 mart 2016-cı ildə sağ ayağı, 4 aprel 2016-cı ildə isə sol ayağı amputasiya olunub. Bundan sonra görkəmli şair 4 may 2016-cı ildə vəfat edib.

II Fəxri xiyabanda dəfn olunub.

Tahir Tahiri

Söhrab Tahir Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olub. Onun yaradıcılığı azadlıq, vətənpərvərlik və milli hərəkat mövzularını əks etdirir. Həm ədəbi, həm siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan mədəniyyətinə böyük töhfə verib.

Oğlu Tahir Tahiri isə Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı olub. Bu ilin dekabrında DGK-də aparılan əməliyyatlar çərçivəsində Tahir Tahirinin məsuliyyətdən yayınmaq məqsədilə İrana qaçdığı iddia olunub, lakin bu məlumat rəsmi qurumların bəyanatı ilə təsdiqlənməyib.

Tahir Tahirinin mövqeyini işıqlandırmağa hazırıq.

Leyla Əlisoy
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri