Icma.az
close
up
RU
Xalq təqvimində qışın “oğlan çağı”: Sabahdan Kiçik çillə başlayır

Xalq təqvimində qışın “oğlan çağı”: Sabahdan Kiçik çillə başlayır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Şəki, 30 yanvar, Rasim İslamoğlu, AZƏRTAC

Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, “çillə” adı ilə üç yerə bölüb. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar-20 fevral), ala çillə və ya ala çolpav (“Boz ay” da deyilir) isə bir ay (20 fevral-20 mart) olur.

Ölkəmizdə qış nə qədər sərt keçsə də, insanlar tarix boyu onun gəlişini bayram kimi qarşılayıb, müxtəlif ayin və mərasimlərlə yola salıblar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəkidəki “Narınqala” Folklor evinin kollektivi də bu ənənəni yaşadaraq Böyük çilləni yola salır, Kiçik çilləni qarşılayırlar.

Keçmişdə qış ayları əyləncələr, aşıq məclisləri və qadınların toxuculuq işləri ilə yadda qalardı. Adətən, insanlar yazdan qalan yorğunluqlarını qışda çıxarar, təsərrüfat işlərinin azlığından istifadə edərək, istirahətə daha çox vaxt ayırardılar. Bir sözlə, Böyük və Kiçik çillə onlar üçün bir növ əyləncə dövrü idi.

Folklor evinin bədii rəhbəri Günay Məmmədova bildirib ki, çillələr məişətimizdə xüsusi yer tutur. İnanclara görə, çillələr dəyişərkən dörd gün ərzində biri digəri ilə “mübarizə aparır” və sonda – yanvarın 30-dan 31-nə keçən gecə Böyük çillə yerini Kiçik çilləyə təslim edir. Şəkidə bu keçidlə bağlı müxtəlif əfsanələr və bayatılar hələ də yaşamaqdadır.

Xalq inanclarından bəhs edən folklor evinin üzvü Məhəbbət Süleymanova isə deyib ki, çillə gecəsində ocaq sönməz. Ocağın sönməsi xeyrə sayılmaz, çünki həmin ocaq evin istiliyi, bərəkəti, uğuru sayılır. O, fikrini bayatı ilə tamamlayıb:

Mən aşiqəm qış gələr,

Boran gələr qış gələr.

Çillə gecələrində

Qəlbimizə xoş bir arzu gələr.

“Narınqala” Folklor evinin əməkdaşları nənə və analarından eşitdiklərini, qədim adət-ənənə və inancları bu gün də gənclərə öyrədir, təbliğ edirlər. Folklor evinin direktoru Zeynəb Qaffarova bayram süfrəsinin rəmzlərindən danışaraq deyib: “Çillə gecəsində süfrədə mütləq qarpız, balqabaq, nar, quru meyvələr və şirniyyatlar olmalıdır. Qarpız kəsilərkən niyyət tutulur və o, ortadan bölünür. İçi qırmızı çıxarsa, deməli, qış xoş keçəcək. Balqabaq Günəşin, nar isə birliyin rəmzidir. Süfrənin əsas bəzəyi isə qovutdur. Biz onu qovrulmuş və üyüdülmüş səməni buğdasından, bəkməz və ya balla hazırlayırıq”.

Adətən Böyük çillədən fərqli olaraq, Kiçik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.

Azərbaycanın bəzi bölgələrində Böyük çillədən Kiçik çilləyə keçəndə müəyyən mərasimlər təşkil olunur. Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı qeyd edilir, qovurğa qovrulur, hədik və digər yeməklər hazırlanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2026 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see514

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see475

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see347

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see335

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see273

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see268

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see258

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see253

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see250

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see235

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see231

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see227

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see226

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see214

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see205

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see201

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see195

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see169

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri