Icma.az
close
up
RU
“Xalq üçün onun dəfni də maraqlıdır” Ölüdən şou düzəldənlərin məqsədi nədir?

“Xalq üçün onun dəfni də maraqlıdır” Ölüdən şou düzəldənlərin məqsədi nədir?

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az Nihat Pirin "Niyə ölüdən şou düzəldirik?" yazısını təqdim edir.


Bir dəfə yazmışdım, başlıq da elə məhz belə: ölüsü soyumamış feysbukda paylaşanlar.

Nahaqdan yazılan yazı deyildi bu. Bir qəfil yepyekə bir kişi (oxucu üçün mütləq qeyd: o kişinin bığları da vardı) kövrək tonda status yazmışdı ki, ay dostlar, nəvəm öldü, aparıb basdırdım. Elə beləcə yazmışdı, and ola ana təbiətin yaşıl tərəfinə.

Həmən yazı Kulisdə gedən çox nadir yazılarımdan idi ki, az qala, hamı mənimlə razılaşdı. Dedilər, bu cavan oğlan düz deyir. Olmaz dedilər, nə bilim, ayıbdır dedilər.

İndi sözümün canı başqadır. Əsl şou bax elə buradadır, desəm, inanmıram ki, yanlış ola. Biri də var, medianın ölüdən şou düzəltməsi. Bu, lap betər, bu, lap biabırçılıq.

Son illərin sosial media məngənəsindən boy göstərdi televiziya kanallarının bu şou dalınca qaçması. Bir dəqiqə, bir dəqiqə, diqqətli oxucu həməncə boğazını arıtlayar, qolunu çırmalayar və deyər: məgər bu bəla tək televiziya kanallarındadırmı?

Qətiyyən yox. Bu bəla bütün media üçün eynidir: istər televiziyası olsun, istər xəbər saytı. Hamılıqla bulaşmışıq bu bəlaya. Üzümüz-gözümüz, əlimiz-ağzımız, qulağımız-burnumuz bulaşıb bu iyrəncdən iyrənc situasiaya.

Xatirimdədir, ruhu şad olsun, Aygün Bəylərin vida mərasimində bacısı media önünə çıxmış və belə bir xahiş eləmişdi: xahiş edirəm, rica edirəm, lütfən, çəkiliş aparmayaq. Mən istəmirəm cənazə mərasimində çəkiliş olsun. Söhbət heç tabutda da deyil, məni də çəkmə, qohumumu da çəkmə, heç kimi çəkmə.

Elə həmin günün axşamı televiziyada belə bir süjetə baxdığım da xatirimdə özünə yer edib: Aygün Bəylərin bacısı çəkiliş istəmədi – ardınca da məhz həmin xanımın həmin çıxışı.

Diqqətli oxucu onsuz da nə demək istədiyimi başa düşdü, sən əgər özünü diqqətli oxucu sayırsansa, bu abzası keç. Diqqətsiz oxucu üçün isə zəruri qeyd: televiziya kanalı süjet hazırlanmasının istənilməməsindən süjet hazırlamışdı.

Hələ Aygün Bəylərin ailəsi mane olmuşdu deyə, bir çirkab, uzağı, üzümüzə-gözümüzə qədər bulaşmışdı. Bayaq dedim axı, qulaq-burun-boğaz... batmışıq təmiz bu çirkaba. Özüm göz şahidi, özüm Allah şahidi, qəbrin içinə qədər çəkilir. Meyit həmin qəbrə necə, nə cür, hansı ardıcıllıqla qoyulur... hamısı, vallah, billah, tallah, hamısı. Bir o qalır ki, kamera uzansın qəbrin içinə, bir də aşağıdan götürsün bu məlum prosesi.

İndi yenə oradan diqqətli bir oxucusun səsi gəldi qulağıma: a bəy, sən də bu işin içindəsən, sənin də imzanla az ölüm xəbəri oxumamışıq, bəs niyə mübarizə aparmır, niyə etiraz eləmirsən? Sən əgər bu sualı verirsənsə, səndən ricam, əvvəl əlini qoy vicdanın üstünə, sonra davam edək.

Davam edək ki, mən bu barədə dəfələrlə yazmışam. Mən bu barədə dəfələrlə etirazımı bildirmişəm. Sağ olsun Mədəniyyət Nazirliyinin əməkdaşları, çox zaman elə vida mərasimindəcə səsimə səs veriblər, digər həmkarlardan xahişlər ediblər. Di gəl, məhz televiziya kanallarındakı X adlı redaktora qurban gedib bizim bu mübarizəmiz.

“Redaktor tələb edir”. “Redaktor axşama material istəyir”.

Cabir İmanovun vidasında Murad Dadaşovun televiziya müxbirlərinə xitabən dediyi o ifadə də hələ qulağımdadır: başa düşürəm ki, redaktor axşam üçün sizdən material istəyəcək.

Demək, bu redaktorun tələb bəlası hamıya eyni dərəcədə yaxın və aydındır. Amma və yenə də amma redaktorun tələbindən və gözləntisindən qabaq adam gərək ölü sahibinə hörmət edə. Görürsən, ölən adama hörmət et demirəm. Səbəbi də çox aydın: yazırlar ki, ölən adam xalqın sənətçisidir, xalq üçün onun dəfni də maraqlıdır. Yazırlar ki, ölən sənətçinin qardaşı, bacısı kimdir ki, çəkilişə mane olsun?

And ola yenə ana təbiətin payız tərəfinə ki, elə beləcə arqumentlər gətirilir qoyulur qarşımıza. Bu adam ölən sənətçinin qardaşına, bacısına xitabən sual edir ki, sən kimsən? Dolayı yolla, televiziya kanallarındakı o X adlı redaktor ölən sənətçinin qardaşına, bacısına xitabən sual edir ki, sən kimsən?

Ay qardaşım, ay bacım, ay əziz Adəm övladı, sənətçi səndən (böyük hərflərlə və böyük mənada, xalqdan) öncə ailənindir. Sən onu sevə, ona rəğbət bəsləyə, lap belə dərdindən ölə də bilərsən, amma səndən qabaq ailə. Mütləq ailə. Məgər bunu başa düşmək üçün sənə neçə diplom lazımdır? İkidirsə, gəl oturaq qabaq-qənşər, izah edim, yox, bu kafi deyilsə, ikicə-üçcə il səbr elə, sənin üçün aspirantura oxuyum.

Amma bu söhbət yarım qalmasın, ricamdır.

Ay qardaşım, ay bacım, ay əziz Adəm övladı, məgər Azərbaycanda Maykl Ceksondan, Uitni Hyustondan böyük sənətçi olubmu? Məgər Azərbaycanda Maykl Cekson qədər, Uitni Hyuston qədər sevilən sənətçi olubmu? Sən “hə” desən də, sənə qalsın, “yox” desən də, amma mən “yox” deyirəm. “Yox”u müdafiə edirəm və sənin xətrinə yazının elə burasındaca “ChatGPT” dostumuza belə bir sual verirəm.

Dünyada sənətçinin dəfn mərasiminin çəkiliş praktikası varmı?

Uzağa getmə, cavab da elə buradaca:

Fransa, Almaniya və İtaliyada bu cür hallarda açıq vida mərasimi və qapalı dəfn ənənəsi var.

Yaponiya və Koreyada “ölü barədə məxfilik” çox ciddi dəyər sayılır. Məsələn, Avicii və ya Li Sun-kyun kimi məşhurların dəfn mərasimləri barədə yalnız rəsmi fotolar paylaşıldı, medianın çəkilişi qəti qadağan idi.

Maykl Ceksonla bağlı Los-Ancelesdəki vida mərasimi ictimai xatirə tədbiri idi, bu, ailənin razılığı ilə yayımlandı. Amma dəfn prosesi qapalı keçirildi.

Uitni Hyustonun vida mərasimi kilsədə canlı yayımlandı, amma dəfn mərasiminə yalnız ailə və yaxın dostlar buraxıldı, jurnalistlərə icazə verilmədi.

Robin Uilyams, Kobe Brayant kimi simaların dəfnləri də, tamamilə, qapalı idi, ailə çəkilişə icazə vermədi və media da buna hörmət etdi.

Bir dəqiqə, bir dəqiqə, mən artıq üçüncü dəfədir ki, oxucudan səs eşidirəm: “ChatGPT” nədir, sən canı?

Bir az haqlısan, bir az da yox bu yerdə. Haqlısan ona görə ki, daha dərin araşdırma ilə gələrdim qarşına və haqsızsan ona görə ki, mənim dil bilgim yoxdur. Bunun xəcalət tərəfi mənimdir, boynuma alıram.

Amma sənin bu mövzuda tutarlı əks arqumentin də olmalı, varsa, gətir, yoxdursa, özün bilirsən.

Allahdan son günlər yaxşıdan yaxşı bir tendensiya yaranıb. İki min iyirmi beşinci il mədəni sferaya nə verib ala bilmir, onu yalan deyərəm, amma bu ölümün ölümü qovduğu ərəflərdə qəbiristanlığa getmir media camiəsi. Daha doğrusu, icazə verilmir. Deməli, televiziya kanallarının “news room” adlı qərargahındakı o X adlı redaktor axşama material gözləsə də, tələb etsə də, “olmayanda olmur”u başa düşür artıq.

Bilmirəm, bundan sonra necə, nə cür davam edəcək proses, amma son üç vida gəlir durur gözümün qarşısında, ürəyim rahatlayır, üzümdə məmnunluq işartıları hiss olunur.

Yazının sonunda bu tendensiyanın başladılmasında əvəzsiz xidmətləri olan Mədəniyyət Nazirliyinin əməkdaşlarına üzümü və qələmimi tutub xahiş edirəm: elə belə də davam edək. Lütfən, elə belə...

Muğamla Avropa vokal musiqisini birləşdirən ifaçı - Bülbül Qəşəm Nəcəfzadə: "Məmməd İsmayıl məni çap etmirdi" "Bizim səhvlərimiz unudulmağa məhkumdur..." - Sədaqətli olmaq lazımdırmı?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri