Icma.az
close
up
RU
Xalqı vahid məqsəd ətrafında birləşdirən lider FOTOLAR

Xalqı vahid məqsəd ətrafında birləşdirən lider FOTOLAR

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Şəmkirdə “Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır” mövzusunda tədbir keçirildi. Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Ağciyər xəstəlikləri mərkəzi Şəmkir Regional xəstəxanası ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan növbəti tədbir keçirildi.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Ağciyər xəstəlikləri mərkəzi Şəmkir Regional xəstəxanası ərazi partiya təşkilatının sədri Samirə Kazımova, İcra Hakimiyyəti və rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatının üzvləri və partiya fəalları iştirak etdilər.

İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Ulu Öndər yalnız siyasi lider deyil, həm də müasir Azərbaycanın memarıdır. O qeyd edib ki, Heydər Əliyev hələ Sovet İttifaqı dövründə Azərbaycanın gələcək müstəqilliyinin əsaslarını formalaşdırıb. “Bugünkü Azərbaycan Heydər Əliyevin şah əsəridir. O, Azərbaycanı parçalamaq istəyən qüvvələrdən qoruyub. Onun siyasi irsini Prezident İlham Əliyev uğurla davam etdirir və Ulu Öndərin yarımçıq qalan işlərini ləyaqətlə həyata keçirir. Regionda mövcud gərginliklər fonunda Azərbaycanın sabitlik və sülh şəraitində yaşaması da məhz bu siyasətin nəticəsidir”, deyə Fəxrəddin Vəliyev vurğulayıb.

Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva qeyd edib ki, Heydər Əliyev hər zaman azərbaycançılıq ideyasını dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən biri kimi ön plana çəkib. “Ulu Öndər çıxışlarında dəfələrlə vurğulayırdı ki, ömrünün sonuna qədər bütün fəaliyyətini Azərbaycanın inkişafına, güclənməsinə və dövlətçiliyinin möhkəmləndirilməsinə həsr edəcək”, deyə Aynur Abdullayeva bildirib. O vurğulayıb ki, Heydər Əliyev xalqına yalnız Azərbaycan vətəndaşı olmağın məsuliyyətini deyil, milli birlik, dövlətə bağlılıq və ümummilli hədəflər uğrunda çalışmağın vacibliyini də aşılayıb.

Tədbirdə digər partiya fəalları da çıxış edərək bildiriblər ki, Heydər Əliyev xalqa Azərbaycan vətəndaşı olmağın məsuliyyətini aşılayıb. Ulu Öndər siyasi lider kimi Azərbaycan dövlətinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib və xalqı vahid məqsəd ətrafında birləşdirməyi bacarıb.

Sonda Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı tərəfindən bir neçə partiya fəalına fəxri fərman və qiymətli hədiyyələr təqdim olundu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 May 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri