Icma.az
close
up
RU
Xalqımızın azadlıq və qürur tarixi

Xalqımızın azadlıq və qürur tarixi

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xalqının tarixində ən mühüm və şərəfli hadisələrdən biri dövlət müstəqilliyimizin bərpasıdır. Uzun illər müxtəlif imperiyaların tərkibində yaşayan xalqımız hər zaman azadlıq və müstəqillik arzusu ilə yaşamışdır. Bu müqəddəs arzu XX əsrin sonlarında gerçəkləşdi və Azərbaycan yenidən müstəqil dövlət kimi dünya xəritəsində öz layiqli yerini tutdu.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika idi. Lakin cümhuriyyət cəmi 23 ay fəaliyyət göstərə bildi və 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğal olundu. Bundan sonra Azərbaycan uzun illər Sovet İttifaqının tərkibində yaşadı. Həmin dövrdə xalqımızın milli dəyərləri müəyyən qədər qorunsa da, dövlət müstəqilliyi xalqın əlindən alınmışdı. Buna baxmayaraq, azadlıq ideyası xalqımızın qəlbində daim yaşayırdı.
1980-ci illərin sonlarında Sovet İttifaqında baş verən siyasi və iqtisadi böhran imperiyanın zəifləməsinə səbəb oldu. Azərbaycanda milli azadlıq hərəkatı güclənməyə başladı. Xalq öz hüquqlarını tələb edir, müstəqillik uğrunda mübarizə aparırdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Qarabağ hadisələri xalqın birliyini daha da artırdı.
1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin ən qanlı səhifələrindən biridir. Sovet ordusunun Bakıya daxil olaraq günahsız insanları qətlə yetirməsi Azərbaycan xalqının iradəsini qıra bilmədi. Əksinə, bu faciə xalqın müstəqillik əzmini daha da gücləndirdi. Şəhidlərin qanı ilə suvarılan azadlıq yolu Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırdı.Nəhayət, 1991-ci ilin 18 oktyabr tarixində “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi və Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Bu hadisə xalqımızın əsrlər boyu davam edən azadlıq arzularının həyata keçməsi idi. Azərbaycan Respublikası müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınmağa başladı.İlk dəfə rəsmi qaydada olaraq üçrəngli bayrağımızı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi qaldırdı. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu.
Lakin müstəqilliyin ilk illəri Azərbaycan üçün olduqca ağır keçdi. Ölkədə siyasi qarışıqlıq, iqtisadi böhran və hakimiyyət uğrunda mübarizə hökm sürürdü. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunmuşdu. Dövlətçiliyimizin təhlükə altında olduğu bir vaxtda xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdı.Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sabitlik yaradıldı, dövlət quruculuğu prosesi gücləndirildi və ordu quruculuğuna xüsusi diqqət ayrıldı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirdi. Heydər Əliyev dövlət müstəqilliyimizin qorunmasını hər şeydən üstün tuturdu. O, xalqın birliyini təmin etdi və Azərbaycanı inkişaf yoluna çıxardı.1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında mühüm dönüş nöqtəsi oldu. Xarici investisiyaların ölkəyə cəlb olunması nəticəsində Azərbaycan iqtisadi cəhətdən güclənməyə başladı. Neft strategiyası ölkəmizin beynəlxalq nüfuzunu artırdı və iqtisadi müstəqilliyimizi möhkəmləndirdi.
Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etdi. Qarabağın və Şərqi Zəngəzurun azad olunması xalqımızın milli qürurunu bütün dünyaya nümayiş etdirdi.Hazırda azad olunmuş torpaqlarda üçrəngli bayrağımız dalğalanır, geniş quruculuq və bərpa işləri aparılır. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, məktəblər, xəstəxanalar və hava limanları tikilir. Şuşa şəhəri yenidən Azərbaycanın mədəniyyət mərkəzinə çevrilmişdir. Ağdam, Füzuli, Zəngilan və digər bölgələrdə həyata keçirilən layihələr dövlətimizin gücünü və inkişafını göstərir.
Müstəqillik hər bir xalqın ən böyük sərvətidir. Azərbaycan xalqı bu sərvəti qorumaq üçün böyük qurbanlar vermişdir. Bu gün hər bir vətəndaşın əsas vəzifəsi dövlətimizin müstəqilliyini qorumaq, onu daha da gücləndirmək və gələcək nəsillərə ötürməkdir. Azərbaycan gəncləri müstəqil ölkənin vətəndaşları kimi vətənpərvər ruhda yetişirlər. Dövlət tərəfindən təhsilə, elmə və gənclərin inkişafına xüsusi diqqət ayrılır. Gənclər ölkəmizin gələcəyidir və onların bilikli, savadlı və milli ruhda formalaşması Azərbaycanın daha da güclənməsinə xidmət edir.
Bu gün Azərbaycan beynəlxalq arenada söz sahibi olan müstəqil dövlətdir. Ölkəmiz bir çox beynəlxalq təşkilatlarda fəal iştirak edir, mühüm layihələr həyata keçirir və regionda sabitliyin qorunmasına töhfə verir. Azərbaycanın uğurları xalqımızın birliyinin və dövlətimizin düzgün siyasətinin nəticəsidir.
Müstəqilliyimiz xalqımızın tarixində yeni bir dövr açdı. Bu müstəqillik sayəsində Azərbaycan öz milli dəyərlərini qoruyur, iqtisadi və siyasi cəhətdən inkişaf edir və dünya dövlətləri arasında layiqli yer tutur.Azərbaycan xalqı hər zaman öz dövlətinə sadiq olmuşdur. Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi hər bir vətəndaşın müqəddəs borcudur.
28 May – Müstəqillik Günü xalqımızın böyük qələbəsi və milli iradəsinin təntənəsidir. Bu gün güclü və müasir Azərbaycan dövləti xalqımızın birliyinin, müdrik rəhbərliyin və qəhrəman ordumuzun nəticəsidir. Azərbaycan bundan sonra da öz müstəqilliyini qoruyacaq, daha da inkişaf edəcək və dünya dövlətləri arasında mövqeyini möhkəmləndirəcəkdir.

Şükufə Bağırova

YAP Culfa Şəhər İncəsənət Məktəbi ərazi partiya təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri