Icma.az
close
up
RU
Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi

Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Artıq ikinci ildir ki, xalqımız sentyabrın 20-i Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü kimi təntənəli şəkildə qeyd edir. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, bu əlamətdar günün təsis olunması hər bir ölkə vətəndaşının ürəyindən xəbər verirdi. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, 2023-cü il il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri Azərbaycan Ordusunun gücünün növbəti təzahürü oldu. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərərək qarşıya qoyulan vəzifəni layiqincə yerinə yetirdi. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. 23 saatlıq antiterror tədbirləri nəticəsində bütün Qarabağda suverenliyimiz tam bərpa edilib. Eyni zamanda, separatçı rejimin kökü kəsilib. Qarabağ ərazisində suverenliyimiz lokal xarakterli əməliyyatların nəticələrinə uyğun olaraq tam təmin ediləndən sonra Xankəndidə və digər ərazilərimizdə bayrağımız ucaldıldı.2023-cü il oktyabrın 15-də, o şərəfli və tarixi gündə Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Qalib Liderimizin Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltması xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

Ali Baş Komandan İlham Əliyev tez-tez işğaldan azad olunmuş bölgələrə səfər edərək tikilib başa çatmışyaşayış məntəqələrinin, müəssisələrin açılışlarını edir, yeni kəndlər və şəhərlərin bünövrəsini qoyur, doğma ocaqlarına dönmüş sakinlərlə söhbət edir, onların ürək sözlərini dinləyir.

Qürurverici haldır ki, dövlətimizin başçısının sentyabrın 14-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etməsi qədirbilən xalqımız tərəfindən böyük maraqla qarşılandı. Ölkə başçımız səfər çərçivəsində Qarabağ Universitetinin Klinikasının binasında yaradılmış şəraitləyaxından tanış olması yeni Klinikanın yaradılması, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsinin fəaliyyətə başlaması yeni dövrün çağırışlarına uyğun peşəkar tibb mütəxəssislərinin hazırlanması istiqamətində atılmış çox mühüm bir addım olduğunu təsdiq edir. Öz növbəsində, yeni yaradılmış klinikada keçiriləcək elmi tədqiqatlar Qarabağ Universitetinin akademik nüfuzunun və beynəlxalq reytinqinin artmasına, eləcə də ölkəmizdə tibb elminin inkişafına öz töhfəsini verəcəyindən xəbər verir.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycan dövləti tarixinin ən güclü dövrünü yaşayır. Bu bir reallıqdır. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi milli maraqlara söykənən siyasət sayəsində 30 il əsirlikdə qalan torpaqlarımız azadlığa, əsl sahiblərinə qovuşdu. Verdiyi bütün vədlərə sadiq qalan Prezident cənab İlham Əliyev xalqımızın ən müqəddəs arzusunu reallığa çevirdi, Qarabağ münaqişəsinə birdəfəlik son verdi.

"Əminəm ki, bundan sonra həyatınızda ancaq sevincli günlər olacaq. O əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Evlər gözəl təmir olunur, bütün infrastruktur - yollar, təbii qaz və elektrik enerjisi, su". Sentyabrın 14-də Prezident İlham Əliyevin Qarabağa – Füzuliyə, Xocavəndə, Hadruta, Xocalıya səfəri çərçivəsindəsakinlərlə görüşü zamanı söylədiyi bu sözlər bir daha təsdiq edir ki, ölkəmiz qüdrətli, dünya miqyasında etibarlı tərəfdaş olan dövlətə çevrilib və yeni hədəflərə, daha parlaq gələcəyə doğru mətin addımlarla irəliləyir, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see278

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see248

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see220

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see169

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see163

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see159

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see145

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see145

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see144

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see140

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see136

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see136

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see135

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see135

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see133

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see132

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see131

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see128

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri