Icma.az
close
up
RU
“Xalqın Prezidentə etimadının əsas səbəbi budur” AÇIQLAMA

“Xalqın Prezidentə etimadının əsas səbəbi budur” AÇIQLAMA

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov deyib.

O qeyd edib ki, bu etimadın ən böyük mənəvi dayağı Qarabağ Zəfəri və milli qürurun bərpasıdır:

“Müharibədən əvvəl cəmiyyətin müəyyən hissəsində işğal olunmuş torpaqlara qayıdışla bağlı ümidlər zəifləmiş, illərin uzanan danışıqları insanlarda ağır psixoloji yorğunluq yaratmışdı. Lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı gördü ki, tarix dəyişə, ədalət bərpa oluna və itirilmiş kimi görünən torpaqlar yenidən Vətənin ayrılmaz parçasına çevrilə bilər. Bu qələbə yalnız hərbi uğur olmadı,həmçinin o, xalqın sınmış inamını dirçəltdi, milli yaddaşa güc verdi, Azərbaycan insanına qalib xalq olmağın qürurunu yaşatdı. Məhz buna görə Prezidentə olan sevgi sadəcə siyasi rəğbət səviyyəsində qalmadı, xalqın şərəf və ləyaqət hissi ilə birləşdi”.

Milli Məclisin üzvü vurğulayıb ki, azad edilmiş ərazilərdə aparılan sürətli bərpa-quruculuq işləri və Böyük Qayıdış prosesi bu etimadı daha da möhkəmləndirən ikinci böyük amildir. Çünki vətəndaş artıq qələbənin yalnız hərbi paradlarda və tarixi xatirələrdə qalmadığını, real şəhərlərə, kəndlərə, məktəblərə, yollara, hava limanlarına və yaşayış məhəllələrinə çevrildiyini görür:

“Böyük Qayıdış Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi ən böyük mənəvi və siyasi vədin icrasıdır. İnsanların doğma yurdlarına qayıtması təkcə məskunlaşma prosesi sayıla bilməz. Bu dövlətə inamın canlı mənzərəsidir. Çünki insan təhlükəsizliyinə, gələcəyinə, övladının sabahına inanmasa, illərlə həsrətində olduğu yurda qayıtmaq qərarını bu qədər böyük inamla verə bilməz”.

Rövşən Muradov söyləyib ki, Prezident İlham Əliyevə olan yüksək etimadın mühüm səbəblərindən biri də Azərbaycanın formalaşdırdığı güclü dövlət obrazıdır. Onun fikrincə, bu gün Azərbaycan Cənubi Qafqazda yalnız coğrafi mövqeyinə görə seçilən ölkə deyil, hərbi qüdrəti, iqtisadi dayanıqlığı, enerji diplomatiyası, nəqliyyat-logistika imkanları və müstəqil xarici siyasəti ilə regionun əsas güc mərkəzlərindən biridir.

Deputat bildirib ki, Azərbaycan Ordusunun yaratdığı yeni reallıq dövlətin təhlükəsizlik fəlsəfəsini dəyişdirdi, ölkənin siyasi çəkisini artırdı və beynəlxalq tərəfdaşların Bakıya münasibətini daha ciddi strateji müstəviyə keçirdi:

“Son dövrlərdə Avropa strukturları ilə siyasi dialoqun genişlənməsi, beynəlxalq enerji və nəqliyyat layihələrinin Azərbaycan üzərindən qurulması, Azərbaycan–ABŞ münasibətlərində iqtisadi və strateji gündəliyin dərinləşməsi göstərir ki, Bakı artıq prosesləri izləyən tərəf deyil, onları istiqamətləndirən aktorlardan biridir. Vətəndaş da bu mənzərəni görür və anlayır ki, belə bir dövlət obrazı təsadüfi diplomatik fəallığın deyil, uzunmüddətli siyasi iradənin nəticəsidir.

Xalqın Prezident İlham Əliyevə sevgisini və etimadını izah edən əsas məqam da budur. Azərbaycan vətəndaşı bu liderliyin nəticəsini öz həyatında, dövlətinin mövqeyində, xalqının qürurunda və ölkəsinin sabahında görür. Torpaqların azad olunması, suverenliyin bərpası, Qarabağda həyatın yenidən qurulması, güclü ordunun formalaşması, beynəlxalq aləmdə Azərbaycanın söz sahibinə çevrilməsi və ölkədə sabitliyin qorunması cəmiyyətin siyasi yaddaşında dərin iz buraxıb. Bu siyasi və mənəvi nəticələrin bütövlüyü Prezidentə olan etimadı yalnız emosional münasibət səviyyəsində saxlamır, onu xalqın öz dövlətinə, gələcəyinə və milli taleyinə inamının ifadəsi kimi formalaşdırır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 İyul 2026 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri