Icma.az
close
up
RU
“XALQLARIMIZ SÜLH İSTƏYİR” “Eçmiədzini gerçək Allah evinə çevirən Vətən müharibəsində Qələbəmizdir”

“XALQLARIMIZ SÜLH İSTƏYİR” “Eçmiədzini gerçək Allah evinə çevirən Vətən müharibəsində Qələbəmizdir”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“İkinci Dünya müharibəsindən sonra formalaşan təhlükəsizlik arxitekturasının çökdüyü və qlobal böhranın gücləndiyi bir dövrdə Əbu-Dabi görüşü təkcə çoxəsrlik erməni-azərbaycanlı düşmənçiliyinin sonu deyil, həm də beynəlxalq sülhə ən böyük töhfə ola bilər”.

“AzPolitika” xəbər verir ki, bunları Milli Məclisin bugünkü iclasında çıxışı zamanı STM sədri, millət vəkili Zahid Oruc dilə gətirib.

Z.Oruc çıxışının davamında deyib:

“Nəticələrin tam açıqlanmaması Qafqazlarda fasilələrlə davam edən ən uzunömürlü savaşın tarixə qovuşmağa yaxın olduğunu göstərir. Bir ay öncə Birləşmiş Ərəb Əmirliyinin səması İsrail - İran bombardmançı təyyarələrinin uzaqmənzilli raket zərbələrinə şahidlik edirdi. İndi İlham Əliyevin sülh missiyasına ərəb ölkəsini seçməsi təkcə vasitəçilərsiz, neytral ölkə deyil, həm də yüz illərin qanayan yarası Yaxın Şərqə də “barış gəlsin” mesajı üçündür.

1994-cü ildə 1-ci Qarabağ müharibəsi başa çatanda dünyada qaçqınların sayı 27 milyon nəfər idi. Azərbaycanlılar 2020-ci ildə öz talelərini həll edərək, çoxəsrlik köçkünlüyə son qoydular, qaçqınların sayı bir milyon nəfər azaldı, lakin Ukrayna, Suriya, Fələstin və digər xalqların hesabına doğma yurdlarını tərk edənlər yaşağımız ildə ən böyük saya - 124 milyon nəfərə çatdı.

Bəli, Qarabağ öz miqyasından qat-qat böyük tektonik suxur olduğu üçün, Prezident, “qlobal siyasi layları tərpətdik”, deyir. Lakin sülh müqaviləsi keçmiş imperiyalara qarşı birləşmək, onları bölgədən qovmaq, müstəmləkə xalqlarının istismarçılardan qisas almaq cəhdi deyil. Yetər, bizi növbəti qarşıdurmalara sürüklədilər. Azərbaycan Qafqazda sülh, cahanda barış istəyir.

Prezident 3-cü paytaxtlara, “əlinizi regionumuzdan çəkin”, deyərkən, bütün Qafqazın lideri kimi çıxış edir. Son 100 ildə heç bir dövlət başçısı İlham Əliyev qədər gürcülərin, ermənilərin və azərbaycanlıların taleyinə belə güclü təsir edə bilməyib.

Son üç əsrdə Qafqazda hökmranlıq üçün Rusiya və Osmanlı imperiyası, ardınca Böyük Britaniya, şah İranı ən döyüşkən və məğrur oğullarını qurban veriblər. Təkcə 1722-1877 illər aralığında Rusiya imperiyası 43 mindən artıq sayseçmə hərbçisini itirib, 150 mindən artıq yaralısı, hər il 10 faizdən çox büdcəsi hədər gedib. Britaniya donanması və alman orduları da neft Bakısına qansız sahib ola bilməyiblər. Ona görə də sabiq imperiya varislərinə səslənirik - müharibələrdə bizdən çox itirmisiniz, gəlin, indi sülhdən qazanaq!

Bakı ilə İrəvan tarixən vahid bir idealda -bölgədə yaşayan bütün xalqların dinclik və əminamanlıq məkanına çevrilə bilər. Əks halda imperiyalar sonuncu erməni qalanadək onları vuruşduracaq. Qoy Qarabağdan sonra Ukrayna, Fələstin, Livan, Suriya savaşları da bitsin.

İlham Əliyev sülh lideridir. Azərbaycan Prezidenti erməni xalqını imperiya maraqlarına xidmət edən çoxəsrlik məhkumluqdan, düşmənçilik ideologiyasına itaətdən, qisasçı tarixi yaddaşdan, soyqırım kultuna sitayişdən, işğalçılıq mədəniyyətindən, müharibələrə çağıran kilsəyə etiqaddan xilas edir.

Eçmiədzini gerçək Allah evinə çevirən Vətən müharibəsində Qələbəmizdir. Katalikosluq yüz illər ərzində düşmənçilikdən, ordunun önündə və dəfnində verdiyi rituallardan, “öldür” əmrinə “amin” deməkdən qurtula bilər.

Sülhü istəməyən qüvvələrin çoxu həbsxanadadır. Ya Bakıda DTX-nın təcridxanasında, ya da İrəvanda. Bakı və İrəvanın taleyi heç vaxt bir-birindən ayrı olmayıb. Bütün şərhlərdə daha çox erməni, “sənədi imzalayın”, deyir. Hər iki xalq barışın tərəfdarıdır, yaralar nə qədər təzə, etimad mühiti üçün illər gərək olsa da, azad torpaqlara 100 milyardlar tələb edilsə də, xalqlar savaşlara son verilməsini istəyirlər.

Müharibə olmasa, səngər əvəzinə körpülər salınacaq, kazarmalar əvəzinə məktəblər tikiləcək, xiyabanları körpələr evi əvəzləyəcək, məscidlərdə verilən azan səsinə təkcə Məhəmməd ümməti deyil, İsa və Musa tərəfdaları da sevinəcək, gələcək nəsillərə soyqırım və nifrət ötürülməyəcək!

“Əliyevin Sülh müqaviləsi” Kürəkçaydan Qarsa qədər məğlubiyyətlər yaşayan bir xalqın tarixi qələbəsi olacaq!”

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:59
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 İyul 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see330

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Millimizin Şotlandiya ilə matç üçün START HEYƏTİ

14 Oktyabr 2025 19:08see167

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see163

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see140

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see139

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see139

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see137

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see136

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Bank VTB nin aktivləri 6 faizə yaxın azaldı

14 Oktyabr 2025 17:16see134

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see133

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see132

Direktor: Azad edilmiş ərazilərdəki yaşayış məntəqələri enerji səmərəliliyi tələblərinə cavab verməlidirlər

14 Oktyabr 2025 18:53see132

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see131

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Azərbaycanlı kulturoloq UNESCO nun Sülh Mədəniyyəti İnstitutunun fəxri prezidenti adına layiq görülüb

14 Oktyabr 2025 17:27see126

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri