Icma.az
close
up
RU
Xamaneyi ilk dəfə etiraf etdi: Etirazlarda minlərlə insan həlak olub

Xamaneyi ilk dəfə etiraf etdi: Etirazlarda minlərlə insan həlak olub

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın dini lideri Ayətullah Əli Xamaneyi ölkəni sarsıdan etiraz aksiyaları zamanı minlərlə insanın öldüyünü ilk dəfə rəsmən qəbul edib. O, baş verənlərə görə ABŞ və İsraili ittiham edərək, Donald Trampı birbaşa hədəf alıb.

Milli.Az xəbər verir ki, İran rəhbərliyi indiyədək ölənlərin sayı ilə bağlı susqunluğunu qorusa da, son açıqlamada hadisələr zamanı təhlükəsizlik qüvvələri, etirazçılar və mülki vətəndaşlar daxil olmaqla 3 090 nəfərin həyatını itirdiyi bildirilib. Xamaneyi bu itkiləri "böyük zərər" kimi qiymətləndirib.

Xamaneyi Tehranda xalqa müraciəti zamanı etirazları "fitnə" adlandırıb. O, bildirib ki, bu hadisələrin arxasında Vaşinqton və İsrail dayanır:

Tramp haqqında: "Son hadisələr Amerikanın fitnəsi idi. ABŞ prezidentini İran millətinə vurduğu zərər və can itkilərinə görə birbaşa günahkar hesab edirik".

Dini liderin sözlərinə görə, ABŞ-ın məqsədi "İranı udmaq" olub.

Xamaneyi İranın gərginliyi ölkə sərhədlərindən kənara çıxarmaq niyyətində olmadığını, lakin günahkarların cəzasız qalmayacağını vurğulayıb: "Biz müharibə istəmirik, amma yerli və beynəlxalq cinayətkarların cəzasını verəcəyik".

Təxminən 200 saat davam edən tam internet kəsintisindən sonra bəzi bölgələrdə girişin qismən bərpa olunduğu bildirilir. Lakin "NetBlocks" monitorinq qrupu qeyd edir ki, hazırda internetə çıxış normal səviyyənin cəmi 2%-i qədərdir.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Yanvar 2026 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri