Icma.az
close
up
RU
Xamenei: ABŞ ilə nüvə danışıqları dalana dirənib, təzyiqlər nəticə verməyəcək

Xamenei: ABŞ ilə nüvə danışıqları dalana dirənib, təzyiqlər nəticə verməyəcək

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nə şərəfli xalq, nə də ağıllı siyasətçi təhdidlərlə müşayiət olunan danışıqları qəbul edər.

Ölkə.az xəbər verir ki, bunu İranın ali lideri Seyid Əli Xamenei İranın nüvə proqramı ilə bağlı ABŞ-la aparılan danışıqları şərh edərkən deyib.

Qərbin İranın nüvə proqramından imtina etməsi tələbinə gəldikdə isə Xamenei deyib ki, onlar təslim olmayıblar və olmayacaqlar: “Hətta ABŞ iki ayağını bir ayaqqabı dirəyib ki, İran nüvə proqramından tamamilə imtina etməlidir. Bu cür təzyiqlər nəticə verməyəcək”.

ABŞ-la nüvə məsələsində danışıqların mənasız olduğunu qeyd edən ali lider bildirib ki, bəziləri Amerika ilə danışıqları faydalı, bəziləri isə zərərli hesab edir: “Lakin mən uzun illərin təcrübəsinə əsaslanaraq deyirəm ki, indiki vəziyyətdə Amerika ilə danışıqlar milli maraqlara heç bir töhfə verməyən və ölkədən heç bir zərərin qarşısını almayan, əksinə, böyük və bəzən də bərpası mümkün olmayan itkilərlə nəticələnən faydasız bir cəhddir”.

O əlavə edib ki, bunun üçün JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı) ilə 10 il əvvəl imzalanan sənədə nəzərə yetirmək kifayətdir: “Nəticə nə oldu. Hansısa irəliləyiş oldumu? Yox. Əksinə, İranın JCPOA ilə bağlı bütün öhdəliklərini yerinə yetirməsinə baxmayaraq problemlər artdı. Qarşı tərəf belədir və əgər onunla danışıqlar aparıb tələblərini qəbul edib yerinə yetirdiyiniz təqdirdə bu, ölkənin, xalqın şərəf və ləyaqətinin zəifləməsinə səbəb olacaq. Qəbul etməsəniz, yenə eyni döyüşlər və təhdidlər gözləyəcək. Ona görə də danışıqlarda maraqlı deyiləm. Çünki ABŞ vədlərini pozur və hər şeydə yalan danışır, vaxtaşırı hərbi təhdidlər edir. Bu səbəbdən də danışıqlar bizə sırf zərərli və heç bir fayda gətirmədiyindən tam dalana dirənib”. 

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Sentyabr 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri