Xamenei: ABŞ İsraili dəstəkləməyi dayandırarsa...”
Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
"ABŞ-ın İsrailə davamlı dəstəyi, eləcə də ABŞ hərbi bazalarının mövcudluğu nəzərə alınsa, əməkdaşlıq mümkün deyil"
“ABŞ İsraili dəstəkləməyə davam etdiyi müddətcə İran və ABŞ arasında əməkdaşlıq mümkün deyil”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın Ali Rəhbəri Seyid Əli Xamenei 3 noyabrda tələbələrlə görüşündə deyib.
"ABŞ-ın İsrailə davamlı dəstəyi, eləcə də ABŞ hərbi bazalarının mövcudluğu nəzərə alınsa, əməkdaşlıq mümkün deyil", - Xamenei bildirib.
Ali Rəhbər həmçinin iki ölkə arasında "fundamental" fikir ayrılıqlarına da toxunub.
Bir müddət əvvəl, 1 noyabrda İranın xarici işlər naziri Abbas Əraqçi İranın nüvə proqramı ilə bağlı danışıqlara hazır olduğunu, lakin ABŞ-ın qəbuledilməz tələblər irəli sürdüyünü açıqlayıb. Əraqçi həmçinin ölkənin Vaşinqtonla birbaşa danışıqlarda maraqlı olmadığını da açıqlayıb. Xarici işlər nazirinin sözlərinə görə, “dolayı danışıqlar yolu ilə razılığa gəlmək olar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 04 Noyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















