Xamenei: Atamın qisasını almaq İran xalqının tələbidir
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
İranın ali dini lideri Ayətullah Müctəba Xamenei atası, mərhum ali lider Ayətullah Əli Xameneinin qisasının alınmasının "İran xalqının tələbi" olduğunu bildirib.
Modern.az xəbər verir ki, Müctəba Xameneinin yazılı müraciəti onun Telegram kanalında dərc olunub.
Müraciət ABŞ və İsrailin fevralın 28-də həyata keçirdiyi hava zərbələri nəticəsində həlak olmuş Əli Xameneinin dəfn mərasimləri münasibətilə yayımlanıb.
"Şəhid liderimizin və bu iki müharibədə həyatını itirmiş bütün şəhidlərin qanının qisasını cinayətkar və rüsvay olmuş qatillərdən almağa söz veririk", – deyə Xamenei bildirib.
O əlavə edib ki, atasının qisasının alınması "xalqın tələbi"dir və bunun mütləq həyata keçiriləcəyini vurğulayıb.
"Biz burada olsaq da, olmasaq da, bu baş verəcək. Dünyanın müxtəlif yerlərində azadlıq uğrunda mübarizə aparan insanlar bu ilahi missiyanın bir hissəsini yerinə yetirəcəklər", – deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 11 İyul 2026 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















