Icma.az
close
up
RU
Xamenei bunkerdə, ABŞ donanması İran sahillərində Böyük müharibə başlayır?

Xamenei bunkerdə, ABŞ donanması İran sahillərində Böyük müharibə başlayır?

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Yaxın Şərq yenidən böyük müharibənin astansına gəlib. Bu dəfə diqqət mərkəzində heç şübhəsiz ki, birbaşa İran dayanır. Regiondan gələn ardıcıl hərbi-siyasi siqnallar, rəsmi təsdiqlənməsə də, Tehrandan Məşhədə qədər yayılan partlayış xəbərləri və ABŞ–İsrail tandeminin açıq-aşkar artan hərbi koordinasiyası göstərir ki, proseslər adi təzyiq mərhələsini çoxdan keçib. ABŞ-nin nəhəng “Avraam Linkoln” təyyarədaşıyan qrupunun İran sahillərinə yaxınlaşması, Vaşinqtondan gözlənilən sərt bəyanatlar və İsrail mediasında yayılan sensasion məlumatlar müharibə ehtimalını artıq real təhlükə səviyyəsinə qaldırır.

Xüsusilə, burada diqqətçəkən məqam İranın ali rəhbərliyində hökm sürən fövqəladə təhlükəsizlik rejimidir. İsrailin hələ əvvəlki münaqişələr zamanı Əli Xameneini hədəf alma ehtimalını ciddi şəkildə müzakirə etməsi, indi isə onun yeraltı bunkerlər şəbəkəsində gizlənməsi barədə yayılan məlumatlar Tehranın mümkün zərbəyə hazırlaşdığını açıq şəkildə ortaya qoyur. Lavizan kimi xüsusi mühafizə olunan ərazilərdə yerləşən, onlarla metr dərinliyə malik sığınacaqlar təkcə Xameneinin şəxsi təhlükəsizliyi deyil, bütövlükdə rejimin gələcəyi ilə bağlı narahatlığın göstəricisidir.

Bu mənzərə fonunda əsas sual təkcə “hücum olacaqmı?” deyil. Daha vacib sual ondan ibarətdir ki, ABŞ və müttəfiqlərinin bu dəfə İranla bağlı hansı hədəfləri var: nüvə proqramını sıradan çıxarmaq, regiondakı güc balansını dəyişmək, yoxsa Tehrandakı siyasi sistemi zəiflətmək? Vaxtilə İrandakı kütləvi etirazlara real dəstək verməyən Qərbin indi hərbi müdaxilə kartını işə salması təsadüfi görünmür. Hadisələrin sürəti və miqyası isə göstərir ki, qarşıdakı günlər Yaxın Şərqin taleyini müəyyənləşdirə biləcək qədər kritik ola bilər.

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a açıqlamasında bildirdi ki, ABŞ və İsrail tərəfindən İrana hərbi müdaxilə ediləcəyi ilə bağlı məsələ son günlər baş verən hadisələr fonunda ciddi müzakirə mövzusuna çevrilib: "Baş verən partlayışlar, ABŞ-nin “Abraham Lincoln” təyyarə daşıyan gəmisinin İran sahillərinə yaxınlaşması və Prezident Donald Trampın açıqlamaları gərginliyi pik həddə çatdırıb. Həmçinin, İranın Ali Dini Lideri Əli Xameneinin Lavizan rayonundakı yeraltı bunkerlərdə gizlənməsi ilə bağlı xəbərlər hücum ehtimalını təsdiqləyir.

ABŞ-İran münasibətləri uzun müddətdir gərgindir. 2018-ci ildə Trampın nüvə sazişindən çıxması, 2020-ci ildə Qasim Süleymaninin öldürülməsi və sonrakı qisas təhdidləri qarşıdurmanı dərinləşdirib. 2025-ci ildə baş verən 12 günlük müharibə isə tərəflər arasında etimadı sıfıra endirib. Etiraz aksiyaları fonunda internetin məhdudlaşdırılması və repressiyalar İran rejiminə qarşı ABŞ-nin münasibətini daha sərtləşdirib. Bu isə ABŞ-nin müdaxilə ehtimalını artırır, çünki Tramp etirazçılara dəstək vəd edib.

Müşahidələr göstərir ki, ABŞ hərbi və kəşfiyyat qüvvələrini hərəkətə gətirib. İran tərəfindən isə 2 min kilometr mənzilli yeni raketlər sahilboyu aktivləşdirilib. Ordu yüksək hazırlıq səviyyəsinə gətirilib. Ölkə daxilində, xüsusilə hakimiyyətin içərisində bir həyacan hökm sürür.

Hazırda hücum ehtimalı yüksəkdir, lakin onun geniş və uzunmüddətli müharibəyə çevrilməsi sual altındadır. İranın qisas potensialı və regional qeyri-sabitlik ehtimalı buna maneə yaradır. Xüsusilə, Hörmüz boğazının bağlanması, neft daşımalarına qadağalar beynəlxalq gərginliyə səbəb ola bilər. Ona görə də ABŞ məsələyə ehtiyatla yanaşır. Bununla belə ABŞ və İsrail rejimi zəiflətmək üçün nüvə obyektlərinə məhdud zərbələr vura bilər". /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Yanvar 2026 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri