Xamenei etiraz etdi, Pezeşkian sərt danışdı Bakıdan İranı ikiyə ayıran qərar
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İranın hökumət dairələrində çox sayda Azərbaycanı dəstəkləyən şəxslər var, onlar Prezident Məsud Pezeşkianın fikirlərinə birbaşa təsir edirlər. Bunun nəticəsi olaraq Pezeşkian “Tramp yolu” ilə bağlı ritorikasını sərtləşdirib”.
Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Aram Şahnazaryan deyib.
Şahnazaryan İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei və hərbi-siyasi rəhbərliyin isə məsələ ilə bağlı mənfi fikirdə olduğunu bildirib:
Həmçinin oxuyun:
İran Zəngəzura hücum edə bilər: Azərbaycanla sərhəd bölgələrdə isə… – Xəbərdarlıq
“Onlar layihənin ölkənin milli təhlükəsizliyi və maraqlarına birbaşa zərbə vurduğunu düşünürlər. Digər tərəfdən, Prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Araqçi bu məsələnin “şişirdildiyini” deyirlər. “Tramp marşrutu” Zəngəzur dəhlizidir. Prezident Pezeşkian bu məsələdə təmkinlidir və təhlükəni şişirdilmiş hesab edir.
Pezeşkianın komandası İsraillə 12 günlük müharibəyə baxmayaraq, ABŞ-la problemlərin danışıqlar yolu ilə həllinin mümkünlüyünə inanır. Eyni zamanda, Xamnei özü də danışıqları rədd etmir, lakin prosesin güclü mövqedən və İranın qırmızı xətlərinə ciddi riayət etməklə aparılmalı olduğunu bildirir. Hər şeyə rəğmən əsas həlledici sözü Xamenei deyir. İranın yerli ekspertləri və siyasət adamları Zəngəzur dəhlizi layihəsinin ölkənin Cənubi Qafqazda təsirini məhdudlaşdırmaq, Rusiya ilə quru əlaqəsini kəsmək, NATO və digər Qərb ölkələrinin qüvvələrini İran sərhədlərində yerləşdirmək məqsədi daşıdığı qənaətindədirlər. Buna görə də, Pezeşkianın məsələ ilə bağlı müsbət açıqlamalarına etirazlarını bildirdilər”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 12 Avqust 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















