Icma.az
close
up
RU
Xamenei gedir, yerinə oğlu gəlir? KONKRET

Xamenei gedir, yerinə oğlu gəlir? KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İranda ölkənin 85 yaşlı Ali Rəhbəri Seyid Əli Xameneinin siyasi varisi ilə bağlı söhbətlər yenidən gündəmə gəlib. Amma əvvəlki hallardan fərqli olaraq, bu dəfə mövzunu gündəmə gətirən elə Xameneinin özü olub, bu da ölkədə rəhbər dəyişikliyi ilə bağlı məsələnin ciddiliyindən xəbər verir.

Belə ki, ABŞ-də prezident seçkisində Donald Trampın qələbəsi məlum olduqdan az sonra Xamenei İranda ali rəhbəri seçən qurumun – 88 ruhanidən ibarət Ekspertlər Şurasının üzvləri ilə görüşüb. Onun həmin görüşdə etdiyi təqribən yarım saatlıq çıxışın 2/3 ölkənin gələcək ali rəhbərinin müəyyənləşdirilməsi mövzusuna həsr olunub.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan yeni süjetdə qeyd olunub.

Bildirilir ki, indiyədək görünməmiş bu çıxışı ilə Xameneinin cəmiyyəti, ilk növbədə hakim siyasi elitanı özünün yoxluğuna hazırlamaq niyyəti güddüyü aydın şəkildə hiss olunub. Eyni zamanda, o, Şura üzvlərinə gələcək ali rəhbərin kimliyi üzərində elə indidən düşünmək barədə açıq mesaj verib və lazımi anda yubanmadan və sürətli şəkildə yeni rəhbəri seçməyin vacibliyini vurğulayıb.

Təsadüfi deyil ki, bəzi iranlı təhlilçilər Xameneinin bu çıxışını “vida xütbəsi” adlandırıblar. Görüşdə iştirak etmiş hüccətül-islam Məhəmmədbağır Heydəri Kaşani sonradan bildirib ki, Xameneinin çıxışı zamanı Şuranın bəzi üzvləri ali rəhbərin kölgəsinin başları üzərindən əskik olacağını təsəvvür edərək özlərini saxlaya bilməyib hönkür-hönkür ağlayıblar. Lakin əlbəttə, Xameneiyə etdiyi çıxışa Şura üzvlərinin göz yaşı axıtması deyil, nəzərdə tutduğu namizədi ondan sonra rəhbər postuna seçmələri lazımdır. Həmin namizədin isə onun illərdən bəri bu vəzifəyə hazırladığı oğlu Müctəba Xamenei olduğu hər kəsə məlumdur. Odur ki istər yerli, istərsə də xarici media İran ali rəhbərinin çıxışını məhz bu kontekstdə şərh və təhlil etməkdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Noyabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri