Icma.az
close
up
RU
Xamenei hədəfdə İsrail köhnə taktikasını işə salacaq

Xamenei hədəfdə İsrail köhnə taktikasını işə salacaq

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrailin Baş naziri Binyamin Netanyahu son açıqlaması ilə Yaxın Şərqdə onsuz da gərgin olan siyasi vəziyyəti daha da alovlandırdı. O, İranın ali dini lideri Ayətullah Əli Xameneinin “zərərsizləşdirilməsinin” İsrail–İran qarşıdurmasının yeganə həlli ola biləcəyini bildirdi.

Bu cür açıqlama təkcə siyasi dairələrdə deyil, beynəlxalq hüquq, antiterror və etik müstəvidə də geniş rezonans doğurdu. Bununla belə, İsrail üçün bu yanaşma yeni deyil. Ölkənin təhlükəsizlik doktrinasında “hədəfli qətl” illərdir əsas taktikalardan biri sayılır.

Sfera.az xatırladır ki, İsrail uzun illərdir düşmən saydığı təşkilat və ölkələrin liderlərini hədəfə alaraq onları fiziki cəhətdən aradan qaldırmağa çalışıb. Bu əməliyyatlar əsasən “Mossad” və “Aman” (hərbi kəşfiyyat) tərəfindən həyata keçirilir. Hədəfdə daha çox Hizbullah, HƏMAS, Fələstin Azadlıq Təşkilatı, İslami Cihad və İranın nüvə proqramında çalışan alimlər olub.

1992-ci ildə Hizbullah lideri Abbas əl-Musavi İsrailin Livanda həyata keçirdiyi hava hücumu ilə öldürülmüşdü. 2008-ci ildə isə təşkilatın hərbi qanadının rəhbəri İmad Muğniyə Dəməşqdə bombalı sui-qəsdə məruz qaldı. Bu əməliyyatın ABŞ və İsrailin birgə planı olduğu güman olunur.

HƏMAS-a qarşı həyata keçirilən əməliyyatlar ardıcıl şəkildə davam edib. 2004-cü ildə təşkilatın qurucusu şeyx Əhməd Yasin və varisi Abdel Əziz Rantisi, 2024-cü ildə isə Siyasi Büro rəhbəri Saleh əl-Aruri və Məhəmməd Deyf, ardınca isə İsmayıl Haniyyə zərbələrlə öldürüldülər. Haniyyənin İran ərazisində hədəf alınması isə daha ciddi rezonans doğurdu.

1970–80-ci illərdə PLO rəhbərlərinin Avropa və Yaxın Şərqdə aradan götürülməsi ilə bağlı genişmiqyaslı əməliyyatlar həyata keçirilib. 1973-cü ildə Livanda keçirilən “Bahar Gəncliyi Əməliyyatı” bunlardan ən məşhurlarındandır.

İsrailin əsas hədəflərindən biri də İranın nüvə proqramında çalışan mütəxəssislər olub. 2010-cu ildən etibarən azı 6 iranlı nüvə alimi – o cümlədən Mohsen Fəxrizadə – sui-qəsdlər nəticəsində öldürülüb. Bu qətllərin heç biri İsrail tərəfindən rəsmi şəkildə təsdiqlənməsə də, beynəlxalq medianın əksəriyyəti bunları "Mossad"ın əməliyyatı kimi təqdim edir.

Strategiyanın mahiyyəti nədir?

İsrail bu siyasətlə düşmənlərinin liderlik strukturunu sarsıtmaq, onların hərbi və ideoloji koordinasiyasını pozmaq niyyətindədir. Liderin xarizması və simvolik rolu nə qədər böyükdürsə, onun yoxluğu da o qədər dərin boşluq yaradır. Lakin bu boşluq çox vaxt uzunmüddətli olmur. Yerinə gələn lider ya daha sərt mövqe tutur, ya da təşkilat radikallaşır.

Beynəlxalq hüquq kontekstində bu əməliyyatlara münasibət birmənalı deyil. Bəzi hüquq müdafiəçiləri bu siyasəti “dövlət terrorizmi” kimi dəyərləndirirlər, bəziləri isə onu legitim özünümüdafiə addımı hesab edirlər. İsrail isə bunu “önləyici zərbə” strategiyası adlandırır və milli təhlükəsizlik üçün zəruri sayır.

Ekspertlər bu strategiyanın uzunmüddətli təsirlərinə dair ehtiyatlı yanaşırlar. Xamenei səviyyəsində bir liderin hədəfə alınması İsrail–İran münasibətlərində dönüş nöqtəsi və genişmiqyaslı regional münaqişənin başlanğıcı ola bilər.

Bəsti Rəfizadə
Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://sfera.az
archiveBu xəbər 18 İyun 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri