Xamenei ilə bağlı bu axtarış davam edir Hər kəs cəlb olunub
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
İranın sabiq ali rəhbəri Əli Xameneinin vəfatından yeddi aydan çox vaxt keçməsinə baxmayaraq, onun vəsiyyətnaməsinin taleyi hələ də məlum deyil.
Turkustan.az xəbər verir ki, bu barədə İran Ekspertlər Şurasının üzvü Səid Solh-Mirzai məlumat verib.
Onun sözlərinə görə, sənəd Xameneinin iqamətgahında saxlanılıb. Həmin bina zərbəyə məruz qaldıqdan sonra yeddi-səkkiz saat ərzində yanıb.
Solh-Mirzai Xameneiyə yaxın şəxslərdən birinin ona verdiyi məlumata əsasən, vəsiyyətnamənin skan edilmiş surətinin saxlandığı kompüter də məhv olub.
Ekspertlər Şurasının üzvü sənədin başqa nüsxələrinin olmamasını Xameneinin vəsiyyətnaməyə hələ də düzəlişlər etməsi və onun xüsusi şəraitdə saxlanılmasının zəruriliyi ilə əlaqələndirib.
Bununla belə, Solh-Mirzai sənədin tamamilə məhv olduğunu təsdiqləməyib. O vurğulayıb ki, hazırda yalnız vəsiyyətnaməyə çıxışın mümkün olmadığı məlumdur./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 22 Oktyabr 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















