Xamenei niyə yoxa çıxıb? İran səbəbi açıqladı
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"İranın Ali Lideri Müctəba Xamenei təhlükəsizlik tədbirləri səbəbindən ictimaiyyət qarşısına çıxmır. Lakin o, öz vəzifələrini yerinə yetirməyə davam edir".
Turkustan.az CNN-ə istinadən xəbər verir ki, bunu Tehranın BMT-dəki daimi nümayəndəsi Əli Bəhreyni bildirib.
Qeyd edək ki, son zamanlar ABŞ-dakı brifinqləri zamanı, eləcə də bəzi Qərb mediasında dərc edilən məqalələrdə İran liderinin sirli şəkildə yoxa çıxması onun ölümü və ya yaralanması ilə əlaqələndirilirdi.
Martın 19-da ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin dinləmələrində ifadə verərkən bildirmişdi ki, Müctəba Xamenei İsrailin hava hücumunda ağır yaralanıb.
Mediada həmçinin İranın Ali Liderinin yaralandıqdan sonra müalicə üçün Rusiyaya aparılması barədə də şayiələr yayılmışdı. İranın Rusiyadakı səfiri Kazem Cəlali isə bu məlumatı təkzib etdi./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 28 Mart 2026 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















