Icma.az
close
up
RU
Xamenei ölüb? İranda müəmmalı proseslər və sirr pərdəsi

Xamenei ölüb? İranda müəmmalı proseslər və sirr pərdəsi

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Sosial mediada İranın dini lideri Əli Xameneinin öldüyü haqda məlumatlar sürətlə yayılsa da, hələ də nə rəsmi şəkildə təsdiqlənib, nə də hansısa etibarlı mənbəyə istinad var. Ölüm xəbərinin ortaya çıxmasına səbəb Xameneinin iqamətgahının ətrafına təcili tibbi yardım maşınlarının toplanması, məhəllənin tamamilə boşaldılması, çevrədəki iaşə obyektləri və məktəblərin bağlanmasıdır. Əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub.
Bunun fonunda Xameneinin ölümü haqda ehtimalları gücləndirən iki amil də var.
- 87 yaşlı dini liderin özündən sonrakı dövrə hazırlıqla bağlı göstərişlər verməsi;
“Nyu-York Tayms” nəşri iddia edir ki, Xamenei ölkəni müharibədən qorumaq və etirazları yatırmaq vəzifəsini Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə tapşırıb. Laricani post-Xamenei dövründə yeni dini liderin seçilməsini, həmçinin, mümkün müharibədə sui-qəsdə məruz qalacaq hərbi və siyasi rəhbərlərin yerinə təyintların edilməsini də həyata keçirməlidir. Nəşrin bu iddialarından bir neçə gün sonra Xameneinin ölüm xəbərinin yayılması diqqətçəkəndir.
- Ağır xəstəlik keçirən Xameneinin səhhətinin yaxşı olmamasıdır;
İranın dini liderinin səhhəti ilə bağlı məlumatlar sirr kimi saxlanılsa da, zaman-zaman müəyyən informasiyalar sızır. Xameneinin ürək damarlarının daralması, öd kisəsi və prostat problemlərinin olduğu deyilir.
Hələ 1991-ci ildə Xamenei öd kisəsindən əməliyyat olunub. 1998-ci ildə isə o, ürək problemlərinə görə xəstəxanada yatıb. 2014-cü ildə İranın dövlət televiziyası Xameneinin prostat əməliyyatı keçirdiyi haqda məlumat yaydı. Həkimləri bunun “adi əməliyyat” olduğunu desə də, beynəlxalq mediada dini liderin prostat xərçəngindən əziyyət çəkdiyi iddiaları yayılmışdı.
İran rəsmiləri dini liderin səhhətində heç bir problemin olmadığını desələr də, onun ürək problemləri və prostat xərçənginin davam etdiyi deyilir. Xameneinin 87 yaşında olması da bu xəstəlikləri şiddətləndirib, hərəkətlərində zəifliyi, səsində titrətmələri gizlətmək mümkün deyil.
Bütün bunlar diqqəti İranı dini liderinin ölüm xəbərinə yönəldir. Hərçənd, ABŞ-ın İrana hərbi müdaxiləyə hazırlaşması fonunda Xameneinin “ölüm xəbəri”nin iki mümkün hədəfi də ola bilər.
Birincisi, ABŞ-ın hücumunun qarşısını almaq, ən azı ləngitmək;
Vaşinqton hərbi qüvvələrini İran ətrafına toplasa da, həm ABŞ daxilində konsensusun olmaması, həm region ölkələrinin qarşı çıxmasına görə hücum etməyə tələsmir. Tramp Administrasiyasının əsas tələblərindən biri də İranda mövcud rejimin dəyişməsi, yeni liderin önə çıxmasıdır. Xamenei postundan gedərsə (ya könüllü şəkildə, ya öldüyü təqdirdə), ABŞ-ın rejimin yenilənməsi prosesini izləyəcəyi və hücumu ən azı müəyyən müddətə təxirə salacağı istisna deyil. Bu baxımdan, Xameneinin “ölüm xəbəri” İran rejiminin zaman qazanmaq gedişi kimi də görünür.
İkincisi, dini liderin özündən sonra nələr olacağını “açıq gözlə” görmək istəyidir;
Dini lider öldükdən sonra İranda nələrin baş verəcəyini, xüsusilə rejim daxili münasibətlərin necə olacağını yoxlamaq, post-Xamenei dövrü ilə bağlı göstərişlərini buna uyğun hazırlamaq niyyətində ola bilər. İstisna deyil ki, “ölüm xəbəri” Xameneinin istəyi/razılığı ilə ortaya atılıb.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Fevral 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri