Xamenei Pezeşkiana tapşırıq verdi, əmirdən xahiş edildi
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran rəhbəri Əli Xamenei Qərblə nüvə danışıqlarının aparılması barədə Prezident Məsud Pezeşkiana göstəriş verib.
Axar.az xəbər verir ki, bu haqda "İran İnternational" məlumatlı mənbələrə istinadən məlumat yayıb.
“Əli Xamenei Pezeşkiana Qərblə vasitəçilik etmək üçün Qətər əmirindən kömək istəməsini tapşırıb”, - məlumatda bildirilib.
Qətərin rəsmi xəbər agentliyi isə xəbəri təsdiq edib və yazıb ki, ölkə əmiri Pezeşkianın şifahi mesajını sentyabrın 4-də Dohada səfərdə olan İran XİN başçısı Abbas Arakçı ilə görüşü zamanı alıb.
Mənbələr bildiriblər ki, mesajda Şeyx Təmim bin Həməddən Tehran və Qərb dövlətləri arasında “tətik” mexanizmi çərçivəsində sanksiyaların geri qaytarılmasının qarşısını almaq üçün vasitəçilik etməsi xahiş olunur.
Baxış sayı:67
Bu xəbər 09 Sentyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















