Icma.az
close
up
RU
Xamenei rejimi ilə bağlı qərar verildi: ABŞ İranı təkbaşına bombalayacaq...

Xamenei rejimi ilə bağlı qərar verildi: ABŞ İranı təkbaşına bombalayacaq...

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

İsrailli politoloq və şərqşünas, “Oriental Express”in baş redaktoru Mixail Borodkin hesab edir ki, İran rejiminin ABŞ-ın mümkün hərbi əməliyyatına qarşı real müqavimət göstərmək və ya ciddi cavab zərbəsi endirmək imkanları qalmayıb.

Globalinfo.az xəbər verir ki, ekspertin sözlərinə görə, 12 günlük müharibə zamanı İsrail Hərbi Hava Qüvvələri İranın ballistik raket arsenalının təxminən yarısını, eləcə də mobil buraxılış qurğularının böyük hissəsini məhv edib.

Yeraltı tunellərdə saxlanılan raketlər isə mobil qurğular olmadan faktiki olaraq istifadəsizdir. İranın dron və raket təhdidləri ABŞ və İsrail üçün narahatedici olsa da, müharibənin gedişini dəyişəcək gücdə deyil.

Borodkin hesab edir ki, İranın Hörmüz boğazını bağlamaq hədəsi də real deyil: bu addım Tehranın öz neft ixracını dayandıra, Çinin maraqlarına zərbə vura və ABŞ tərəfindən tez bir zamanda neytrallaşdırıla bilər. O, 1988-ci ildə ABŞ-ın “Mantis” əməliyyatını xatırladaraq, Vaşinqtonun belə ssenarilərə hazır olduğunu vurğulayır.

Ekspertin fikrincə, ABŞ-ın ən real ssenarisi quru əməliyyatı olmadan genişmiqyaslı hava və raket zərbələridir. İranın regiondakı proksi şəbəkəsi zəifləyib, “Hizbullah” və digər müttəfiqlər əvvəlki gücündə deyil. Nəticə olaraq, ayətullah rejimi son dərəcə zəif vəziyyətdədir və mümkün çöküş halında İran elitasının bir hissəsi Rusiyaya sığınmağa cəhd göstərə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Yanvar 2026 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri