Xamenei tapşırıq verdi: Ölsə, komandası təcili bu addımları atacaq
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın ali lideri Əli Xamenei ABŞ ilə hərbi münaqişə zamanı sui-qəsd və ölkənin idarəetmə sisteminin mümkün çöküşü halında tədbirlər planı hazırlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (The New York Times) qəzeti İranın altı yüksək vəzifəli məmuruna və İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Xamenei müəyyən səlahiyyətləri etibarlı şəxslərin məhdud dairəsinə həvalə edib və hərbi və mülki rəhbərlikdə çoxqatlı varislik sisteminin yaradılmasını əmr edib. Liderlərə ali rəhbərlə əlaqələrin kəsilməsi və ya onun ölümü halında dörd potensial müavin seçmək tapşırılıb.
O, mühüm qərarların əlaqələndirilməsini parlamentin keçmiş spikeri və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə həvalə edib. NYT-nin məlumatına görə, onun təsiri son aylarda artıb: o, daxili təhlükəsizlik məsələlərinə, müttəfiqlərlə münasibətlərə nəzarət edir və Vaşinqtonla nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edir.
İsraillə son gərginliklər zamanı ali rəhbər üç potensial varis seçmişdi, lakin onların adları açıqlanmayıb. Laricaninin özü də din xadimi olmadığı üçün bu siyahıya daxil edilməyib.
Asena,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 22 Fevral 2026 19:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















