Icma.az
close
up
RU
Xamenei Trampı yalançılıqda ittiham etdi

Xamenei Trampı yalançılıqda ittiham etdi

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

İranın lideri Ayətullah Əli Xamenei ABŞ Prezidenti Donald Trampın regionda sülh çağırışlarına sərt reaksiya verib. 

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, o, Trampı yalan danışmaqda ittiham edərək, ABŞ-nin əslində İsrailə “10 tonluq bombaları Qəzzadakı uşaqların başına atmaq üçün” verdiyini bildirib.

Xamenei bu çıxışı Tehrandakı dini mərkəzdə keçirilən tədbirdə edib və bildirib: “Şübhəsiz ki, bu regionda korrupsiya, müharibə və münaqişənin mənbəyi sionist rejimdir və kökü kəsiləcək”.

Tramp isə Körfəz səfəri zamanı cümə günü Birləşmiş Ərəb Əmirliklərini tərk etdikdən sonra Air Force One təyyarəsində jurnalistlərə deyib ki, İran nüvə proqramı ilə bağlı ABŞ-nin təklifi üzərində sürətlə hərəkət etməli, əks halda “pis bir şey olacaq”.

Onun sözlərinə görə, Xamenei “cavab verməyə belə dəyməz. 

“Onlar Amerika xalqı üçün biabırçılıqdır”, – Tramp əlavə edib.

İran prezidenti Məsud Pezeşkian bu gün bildirib ki, Tramp sülhdən danışır, eyni zamanda təhdidlər edir.

“Hansına inanmalıyıq?” – deyə Pezeşkian Tehranda dəniz tədbirində çıxış edib. O, “bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə ən qabaqcıl kütləvi qırğın vasitələri ilə hədələyir”.

Pezeşkian əlavə edib ki, Tehran İran-ABŞ arasında davam edən nüvə danışıqlarına baxmayaraq təhdidlərdən qorxmur və “biz müharibə axtarmırıq”.

Tramp cümə günü İranın nüvə proqramı ilə bağlı ABŞ-nin təklifi olduğunu desə də, İranın xarici işlər naziri Abbas Əraqçi X səhifəsində yazıb ki, Tehran belə bir təklif almayıb: “Heç bir ssenari yoxdur ki, İran dinc məqsədlər üçün zəhmətlə qazandığı (uranın) zənginləşdirilməsi hüququndan imtina etsin”.

Əraqçi xəbərdarlıq edib ki, Vaşinqtonun davamlı mövqe dəyişməsi nüvə danışıqlarını uzadır.

“Amerikanın dəfələrlə prosesi uzadan danışıqlar üçün yeni çərçivə müəyyən etməsi qətiyyən qəbuledilməzdir”, – deyə o vurğulayıb.

Pezeşkian bildirib ki, İran “qanuni hüquqlarından geri çəkilməyəcək”.

“Biz zorakılığa boyun əyməkdən imtina etdiyimiz üçün bölgədə qeyri-sabitliyin mənbəyi olduğumuzu deyirlər”, – o əlavə edib.

Xatırladaq ki, İran-ABŞ arasında dördüncü raund nüvə danışıqları ötən bazar günü Oman Sultanlığında başa çatıb. Yeni turun tarixi hələ müəyyən edilməyib.

Fidan Hacızadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see396

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see270

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see260

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see258

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see251

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see243

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see239

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see235

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see234

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see233

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see231

Azərbaycanlı aktrisa: İstanbullu gəlin idim, oldum istanbullu turist...

01 Sentyabr 2026 17:33see228

Xalq artisti: Məni ad gününə, toylarınıza da çağırmayın (Video)

01 Sentyabr 2026 15:15see225

59 yaşlı Nikol qırmızı xalıya şəffaf geyimdə çıxdı

01 Sentyabr 2026 13:37see225

Haber Global Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib

01 Sentyabr 2026 21:51see211

Azərbaycanda Səhiyyə Menecmenti Forumu keçiriləcək

01 Sentyabr 2026 13:31see208

Teylor Svift ilk dəfə evlilik məhkəməsi ilə üzləşib...

01 Sentyabr 2026 21:52see208

Cek Qriliş “Mançester Siti”dən “Everton”a qayıtdı

02 Sentyabr 2026 02:48see190

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see185

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri