Xamenei yaxın dəqiqələrdə xalqa müraciət edəcək
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
İranın Ali Rəhbəri Müctəba Xamenei xalqa müraciət edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Bildirilib ki, Ali Rəhbərin ilk mesajı yaxın dəqiqələrdə yayımlanacaq.
Xatırladaq ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana hava zərbələri nəticəsində öldürülüb.
İslam Respublikasının Ekspertlər Şurası martın 9-da Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni Ali Rəhbəri seçib.
Lakin o, indiyədək ictimaiyyət qarşısına çıxmayıb. Nəticədə Müctəba Xameneinin durumu ilə bağlı çoxlu şayiələr yayılıb. Bəzi iddialara görə, ABŞ və İsrailin zərbələri nəticəsində Ali Rəhbər ağır yaralanıb, əməliyyat olunub və hazırda xəstəxanadadır.
İran Dövlət Teleradiosunun keçmiş aparıcısı Ehsan Kərəmi “X” hesabında Müctəba Xameneinin mədəsindən və ayağından ciddi zədə aldığı barədə paylaşım edib. /yenisabah.az/
Baxış sayı:89
Bu xəbər 12 Mart 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















