Xamenei yeni mesaj yaydı
Icma.az bildirir, Modern.az portalına istinadən.
İranın ali lideri Müctəba Xamenei parlamentin 12-ci çağırış parlamentin üçüncü fəaliyyət ilinin başlanması münasibətilə mesaj yayıb.
Modern.az İRNA-ya istinadən xəbər verir ki, mesajda o, deputatların və xüsusilə parlament sədri Məhəmməd Baqir Qalibafın ölkənin inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. Xamenei milli birliyin qorunmasının vacibliyini vurğulayaraq ixtilafların qarşıdurmaya çevrilməməsi və parlamentin əsas diqqətini ölkənin əsas problemlərinə yönəltməsinin gərəkli olduğunu bildirib.
O, xüsusilə iqtisadiyyat, yaşayış şəraiti, inflyasiyanın nəzarətdə saxlanılması, istehsalın inkişafı və cəmiyyətdə ümid yaradılması məsələlərini ön plana çəkib.
Mesajda deputatların xalqın etimadını təmsil etməsi, cəmiyyətlə sıx əlaqədə olması, korrupsiya ilə mübarizə aparması və milli maraqları üstün tutması kimi məsələlər vurğulanıb.
M.Xamenei həmçinin xarici təzyiqlər və iqtisadi çətinliklər fonunda milli birliyi qorumağın vacibliyini qeyd edərək, düşmənlərin məqsədinin cəmiyyətdə parçalanma yaratmaq olduğunu bildirib və vəhdətin pozulmamasına çağırıb.
Baxış sayı:113
Bu xəbər 28 May 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















