Xameneidən 6 ölkəyə sərt xəbərdarlıq: Ağır nəticələr olacaq! Türkiyə də var
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
“İran ABŞ-la Oman Sultanlığı vasitəsilə danışıqlar aparmağı təklif edir”.
Globalinfo.az xəbər verir ki, bunu yüksək rütbəli İran rəsmisi “Reuters” agentliyinə deyib.
“Bu yol çətindir. Amma Vaşinqton dəstəkləsə, bu cür danışıqlar tezliklə başlaya bilər”, – deyə rəsmi bildirib.
Onun sözlərinə görə, İran həmçinin İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Türkiyə və Bəhreynə rəsmi xəbərdarlıqlar göndərib:
“ABŞ-ın mümkün hücumuna hər hansı dəstək, o cümlədən sözügedən ölkənin qoşunlarının yerləşdirilməsi və hava məkanından istifadə üçün ərazinin verilməsi düşmənçilik aktı kimi qiymətləndiriləcək. Belə bir hərəkətin onlar üçün ağır nəticələri olacaq”.
Sözügedən mənbə İranın ali dini lideri Ayətullah Əli Xameneinin ordunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirdiyini bildirib.
Nəşrin məlumatına görə, İraq, Küveyt, BƏƏ, Qətər və Bəhreyn hökumətlərinin sözçüləri xəbərdarlığa cavab verməyib.
Türkiyə Xarici İşlər Nazirliyi isə bundan xəbərsiz olduğunu, lakin bu cür mesajların başqa kanallarla ötürülə biləcəyini vurğulayıb.
Günay Rəsulqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 06 Aprel 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















