Xameneidən süni intellekt qadın ları ilə bağlı maraqlı bəyanat
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın Ali Lideri Əli Xamenei süni intellekt vasitəsilə yaradılan musiqidə qadın səsinin dinlənilməsinin haram olduğunu bəyan edib.
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, o, bu barədə müvafiq sualı cavablandırarkən bildirib.
Onun sözlərinə görə, səsin mənbəyinin həqiqi insan və ya süni intellekt (AI) olmasından asılı olmayaraq, bu, haramdır.
"Haram hallarında səsin həqiqi insan və ya süni intellekt tərəfindən yaradılması arasında heç bir fərq yoxdur", - deyə Xamenei qeyd edib.
Xatırladaq ki, İranda 1979-cu il İslam İnqilabından sonra qadınların solo çıxışları və onların musiqi parçalarının yayılması qadağan edilib. İnqilabdan əvvəl fəal şəkildə çıxış edən qadın müğənnilərin əksəriyyəti ya ölkəni tərk etmək məcburiyyətində qalıb, ya da fəaliyyətini dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 16 Sentyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















