Xameneidən Trampa ultimatum: İmtina etməyəcəyik
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
İran müharibə istəmir, amma biz hüquqlarımızdan imtina etməyəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu İranın Ali dini lideri Müctəba Xamenei xalqa yazılı müraciətində deyib.
Onun sözlərinə görə, ölkə bu gün “böyük güc” olmaq astanasındadır.
Xamenei Tehranın hazırkı kursunun ABŞ-la barışmaz mövqeyindən bəhs edib:
“Vurulan bütün zərərlərə və şəhidlərimizin qanına görə kompensasiya tələb edəcəyik. Biz bu müqəddəs müdafiədə mübahisəsiz qalib olmuşuq. Bu gün əminliklə deyə bilərik ki, İran xalqı döyüş meydanında əsl qalibdir”, – Xamenei vurğulayıb.
Bu arada İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehran keçmiş təcrübələrə əsaslanaraq “düşmənə qarşı tam etimadsızlıq” nümayiş etdirməlidir. Onun sözlərinə görə, ABŞ-ın geri addım atması və İranın 10 bəndlik planının ümumi çərçivəsinin qəbul edilməsi açıq qələbə sayılsa da, bu, hələ tam nəticə deyil.
Qalibaf qeyd edib ki, əgər ABŞ öz öhdəliklərini pozmaqdan imtina edərsə, danışıqların bərpası mümkün ola bilər.
Bu arada İran Xarici İşlər Nazirliyi də açıqlama yayaraq vurğulayıb ki, müharibənin yekunlaşdırılması üzrə danışıqlar yalnız ABŞ-ın bütün cəbhələrdə, o cümlədən Livan istiqamətində atəşkəs öhdəliklərinə əməl etməsi halında irəliləyə bilər.
Nazirlik həmçinin əlavə edib ki, İranın Pakistan ilə mümkün danışıqlarda iştirakı təsdiqlənərsə, rəsmi nümayəndə heyətinin tərkibi açıqlanacaq.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 09 Aprel 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















