Icma.az
close
up
RU
Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi İsrail KİV

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi İsrail KİV

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


“Yerusəlim Post” qəzetrinin dünənki sayında “Xameneinin Azərbaycana şəxsi nifrəti” (Khamenei’s personal hatred of Azerbaijan) adlı məqalə təqdim olunub. Məqalənin müəllifi Mordeçay Kedar yazır ki, İran İslam Respublikası şimal qonşusu Azərbaycana ciddi düşmənçilik hissi bəsləyir. İran uzun illər Azərbaycanı təkcə hərbi yox, həm də psixoloji müharibə yolu ilə təhdid edir. İran Azərbaycanla bağlı çoxsaylı saxta xəbərlər, reallıqdan işıq ili qədər uzaq məlumatlar yayır.

İranda hakimiyyətin ən zirvəsində dayanan bir şəxs bütün farsların Azərbaycana qarşı nifrətini körükləyir: Ali rəhbər Əli Xamenei.

“İran daxilində Azərbaycan xalqına qarşı bu izaholunmaz nifrəti izah etməyə çalışan bəzi məlumatlara görə, Xameneinin anası erməni əsilli iranlıdır ki, bu da onun Azərbaycana olan düşmənçiliyinin mənbəyi ola bilər. Bu, həm də Xameneinin hakimiyyəti dövründə İranın Ermənistanla dərinləşən əlaqələrini izah edir”.

Ali liderin xalqa aşılamaq istədiyi fikir odur ki, Azərbaycan İsrailin əlində “sionist alətə” çevrilib, Yaxın Şərqdə və Qafqazda regional sabitliyə təhlükə yaradır.

Azərbaycana böhtanatma tendensiyası əvvəl media orqanlarında və ya Teleqram kanallarında müşahidə olunurdu. İndi isə bu tendensiya birbaşa İran hökumətinin özündən qaynaqlanır. Bu yaxınlarda İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycana qarşı hücuma keçdi.

Sübhani çoxdan diplomat kimi fəaliyyətini dayandırıb və İran İnqilab Keşikçiləri Korpusunun diplomatik hücum itinə və Qafqazda yalanların əsas tədarükçüsünə çevrilib. O iddia edib: “İsraillə İran arasında münaqişə zamanı az sayda İsrail pilotsuz təyyarəsinin qonşu ölkələrdən, xüsusən də Azərbaycandan İran ərazisinə daxil olması barədə rəsmi Tehran məlumatlara malikdir”.

Kiçik bir haşiyə çıxaraq deyim ki, İran Prezidenti Məsud Pezeşkian 7 iyulda İranın şimalında yerləşən Gilan vilayətində vilayət şurasının iclasında deyib ki, yayılan bəzi şayiələrin əksinə olaraq, ölkənin təhlükəsizlik orqanları bəzi qonşu ölkələrin İrana hücumlar zamanı İsraillə hərbi əməkdaşlıq etdiyinə dair hər hansı bir əlaməti təsdiqləməyiblər.

Əli Xameneinin anası ermənidirmi? Qərb mənbələri yazır ki, Əli Xamenei 1939-cu ildə Məşhəddə Şərqi Azərbaycan vilayətinin Xamnə şəhərindən olan Xamenei ailəsində anadan olub. Onun atası Xamnədən olan etnik azərbaycanlı, anası isə Yəzddən olan etnik farsdır.

Reallıq isə belədir ki, İranda fars şovinizminə söykənən molla rejimi Ermənistanla dostluq, Azərbaycan ilə isə düşmənçilik siyasəti yeridir. Molla rejiminin ən başında isə Əli Xamenei yer alır. Nə təhər ola bilər ki, İranın ali lideri də, prezidenti də türk olsun. Ancaq ölkədə total şəkildə anti-türk təbliğatı aparılsın. Bunu sağlam məntiqlə anlamaq sadəcə mümkün deyil.

Türk olması ilə iftixar duyduğunu deyən Məsud Pezeşkian İran prezidenti seçildikdən sonra vəziyyət xeyli dəyişib. Məsələn, Məsud Pezeşkianın yuxarıda vurğuladığım bəyanatı onu deməyə əsas verir ki, bundan sonra İranda anti-türk siyasəti yeritmək getdikcə çətinləşəcək...

Elbəyi Həsənli, Sürix


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 İyul 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri