Xameneinin kuklasını yandıran şəxs KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
İranın Lorestan əyalətinin Aligudarz şəhərində Ali dini lider Ayətullah Əli Xameneinin kuklasını yandırdığı videonu paylaşan gənc kişi — Omid Sarlak müəmmalı şəraitdə ölü tapılıb.
KONKRET.az xəbər verir ki, polis hadisəni “intihar” kimi təqdim edib. Lakin mərhumun yaxınları və insan haqları müdafiəçiləri bu versiyaya inanmadıqlarını bildirərək baş verəni “dövlət tərəfindən törədilmiş qətl” adlandırıblar. Sarlakın ailəsinin sözlərinə görə, hakimiyyət orqanları meyiti təhvil verməkdən imtina edib və ailəyə rəsmi “intihar” versiyasını təsdiqləmək üçün təzyiq göstərib.
Mərhumun dəfn mərasimində iştirak edənlərin “Diktator ölsün!” şüarları səsləndirdiyi bildirilir. Hadisə İran sosial şəbəkələrində böyük qəzəb doğurub. İstifadəçilər #OmidSarlak həştəqi ilə paylaşımlar edərək, hökuməti etirazçılara qarşı zorakılıqda və insan haqlarını pozmaqda ittiham edirlər.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 03 Noyabr 2025 22:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















