Icma.az
close
up
RU
Xameneinin müşaviri Əli Laricani Dəməşqdə Bəşər Əsədlə görüşdü KONKRET

Xameneinin müşaviri Əli Laricani Dəməşqdə Bəşər Əsədlə görüşdü KONKRET

İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri və Məqsəd Şurasının üzvü Əli Laricani Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Yaqub Rzazadə bildirib.

Əli Laricani dünən Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.

Y.Rzazadə Bəşər Əsədin ailəsinin Suriyanı tərk etməsi ilə bağlı xəbərləri də təkzib edib: “Əsədin və ailəsinin Suriyanı tərk etməsi xəbəri doğru deyil”.

Qeyd edək ki, “Wall Street Journal” Bəşər Əsədin uşaqları və həyat yoldaşının keçən həftə Rusiyaya getdiyini onun özünün isə Suriyada qaldığını bildirib.

seeBaxış sayı:65
embedMənbə:https://konkret.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri