Xameneinin müşaviri: İsrail və ya ABŞ ilə müharibə hər an başlaya bilər
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə o, İran mediasına müsahibəsində deyib.
"Biz atəşkəsdə deyilik, müharibədəyik. Bizimlə ABŞ və ya İsrail arasında heç bir protokol, qayda və ya razılaşma olmayıb. Düşünürəm ki, daha bir müharibə ola bilər və ondan sonra da müharibələr olmaya bilər", - deyə o qeyd edib.
Hərbi müşavir: “Amerikalılar və sionistlər sülhü güc yolu ilə yaratdıqlarını deyirlər. Ona görə də İran da güclü olmalıdır, çünki təbiət sistemində zəiflər tapdalanır. Biz diplomatik, media, raket, dron və kiber hücum strategiyamızı gücləndirməliyik. Biz hərbçilər ssenarilər üzərində işləyirik, ən pis ssenarini nəzərdən keçiririk və bunun üçün plan hazırlayırıq”, - deyə Səfəvi vurğulayıb.
Qadir, Bizimyol.info


