Icma.az
close
up
RU
Xameneinin özünü dahi sayan əlaltısı və ya kişisiz evdə Vilayətinin şivənliyi

Xameneinin özünü dahi sayan əlaltısı və ya kişisiz evdə Vilayətinin şivənliyi

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avqustun 6-da Arazın o tayından müsbət mesaj gəldi. İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev arasında keçirilən görüşdə iki ölkənin sərhədində birgə layihələrin icrasının tezləşdirilməsi niyyəti bəyan edildi.

Görüş zamanı hər iki tərəf Astara sərhəd terminalı və tikilməkdə olan sərhəd körpüləri də daxil olmaqla, mövcud layihələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğuladı.

Üç gün sonra isə val dəyişdi, nə dəyişdi...

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilkin sülh razılaşması imzaladılar. Razılaşma beynəlxalq nəqliyyat marşrutunun - Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun (TRIPP) açılmasını da ehtiva edir. Əvvəlki adı ilə desək, Zəngəzur dəhlizinin.

Azərbaycanın Vətən müharibəsində Zəfərindən bəri "qırmızı xəttim" deyib haray çəkən İran rejiminin köhnə yarası deşildi.

İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti "fas" əmrini alan kimi illərin kin-nifrətini qusdu. Bəs Tehran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxacaqmış. Cəhənnəmə gedən özünə yoldaş axtarar deyərlər, o da əlavə etdi ki, bunu Rusiya ilə birlikdə edə bilərlər. Amma təkbaşına da edəcəklər. Çünki nə qədər də olmasa, Rusiyanın 12 günlük müharibədə bir dəfə də olsun, İrana, heç olmasa, sözlə dəstək verməməsi o qədər də uzaq tarixdə olmayıb ki, yaddan çıxsın.

Rusiyanın adının çəkilməsi həm də bir dümsük idi. "Nə ağzınıza su alıb oturmusunuz? Cənubi Qafqaz əldən gedir eee..." - harayı idi bu.

İranın molla rejimi başqalarının işinə burun soxmağa o qədər öyrəşib ki, müsəlman qardaşları olan azərbaycanlıların qanını üstünə fəxrlə bəzək kimi çəkən qeyri-müsəlman qardaşı Ermənistanın feodalı qismində çıxış etməkdən də utanmadı. Vilayətinin tapşırılmış qənaətinə görə, layihə bölgənin geosiyasi balansını dəyişəcək, sərhədlərin yenidən çəkilməsinə səbəb olacaq və Ermənistanın parçalanması planının bir hissəsi kimi nəzərdə tutulub, üstəlik, artıq "İrəvanda da camaat narazı imiş".

İran hüquqi subyekt kimi bütövlükdə şizofrenik təsiri bağışlayır, yəni şəxsiyyətin ikiləşməsi hər hansı siyasi prosesdə özünü qabarıq şəkildə göstərir. Necə ki, Vilayətinin sərsəmləməsindən sonra İran Prezidenti Məsud Pezeşkianın və hökumətinin açıqlamalarında Tehranın tələblərinin yerinə yetirildiyi, marşrutun mövcud sərhədləri qoruduğu, nəqliyyat əlaqəsini təmin etdiyi, Avropa və şimala tranzitə mane olmadığı vurğulandı.

Belə olanda da fikirləşirsən ki, bu evin bir yiyəsi yoxdurmu? Nə vaxta qədər ilk reaksiyalar, özü də hədə-qorxu, təhdid formasında Xameneinin əlaltılarından gələcək?

Yəni dərd Zəngəzur dəhlizinin açılmasıdırmı? Yoxsa İranın illərlə Ermənistana silah daşıdığı yolun qapanması? Bəlkə, silah-sursatın anbarda qalıb çürüyəcəyi qorxusudur? Axı Zəngəzur dəhlizinin açılmasından sonra artıq Suriya istiqamətində də silah trafiki öləziyəcək: İsrail mediası Bakının Qüds və Dəməşq arasında vasitəçi rolunu öz üzərinə götürdüyünü yazıb. Bu yaxınlarda Suriyaya Azərbaycan qazı nəql olunmağa başladı, İsraillə Suriyanın arası düzəlib, bölgədə münaqişə bitdiyi təqdirdə isə SEPAH-ın da Suriyadakı mövcudluğu sıfıra enəcək.

Yoxsa dəhlizə "şeytan" adlandırdıqları ABŞ-nin Prezidenti Trampın adının verilməsi, amerikalı kontingentin sərhəddə mövcudluğudur belə yersiz təhdidə səbəb? Vilayətinin sahibi nə qədər ört-basır etsə də, "obyekti boşaltmışıq, bombalaya bilərsiniz" məsələsi yaddan çıxacaq deyil. Deməli, İranın ABŞ-dən qorxması variantının da üstündən bir qalın xətt çəkirik.

Bəs nədir o zaman bu vurnuxma, nala-mıxa vurmalar? Daxili və xarici siyasətdə uğur qazanan müsəlman qardaşını - Azərbaycanı qarnı götürməmək olmasın?

Məqsəd Bakını qorxutmaqdırsa, əbəsdir. Çox "şir"lərin quyruğunu qapı arasında qoyub bəyirtmişik. Daxili auditoriyaya oynamaqdırsa, bunda da gec qalmısınız, hörmətsiz Vilayəti.

Sonda bir xatırlatma etmək yerinə düşər: Lətifəsi qıraq olsun, amma biz tərəfdə deyirlər ki, hürüşünü bilməyən it evinə qonaq gətirər...

Ülviyyə Gülməmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Avqust 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see260

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see171

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see150

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see147

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see125

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see124

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see124

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see123

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see121

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see121

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see121

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see121

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see119

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see118

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see117

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see116

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

25 Sentyabr 2025 07:01see116

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see114

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri