Icma.az
close
up
RU
“Xameneinin sağ olduğuna dair dəlillərimiz var”

“Xameneinin sağ olduğuna dair dəlillərimiz var”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“İranla mümkün razılaşma nüvə silahının qarşısını almalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.

O bildirib ki, İranın təqdim etdiyi yeni təklif əvvəlkilərlə müqayisədə “gözləniləndən daha yaxşı görünür”, lakin hər hansı gələcək razılaşmanın əsas şərti İranın nüvə silahı əldə etməsinin qarşısını qəti şəkildə almaq olmalıdır.

Bildirilir ki, sözügedən təklif Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutur, lakin nüvə proqramı ilə bağlı əsas müzakirələrin daha sonra aparılması ehtimal edilir.

Rubio ABŞ Prezidenti Donald Trampın mümkün qərarları barədə fərziyyə yürütməkdən imtina edib və bütün yekun qərarın prezidentə aid olduğunu vurğulayıb.

Rubio İranın nüvə proqramını “əsas problem” adlandırıb: “Nüvə məsələsi bu prosesin başlanmasının əsas səbəbidir”.

O, Tehranın danışıqlarda vaxt qazanmağa çalışdığını deyərək, İran tərəfinin “çox təcrübəli danışıq aparıcıları” olduğunu qeyd edib.

Rubio həmçinin vurğulayıb ki, əldə olunacaq hər hansı razılaşma İranın “istənilən vaxt nüvə silahına doğru irəliləməsinin qarşısını qəti şəkildə almalıdır”.

Onun sözlərinə görə, hazırda təqdim olunan təkliflə bağlı bir sıra suallar qalır, o cümlədən, sənədi təqdim edən şəxsin mandatı və təklifin real məzmunu.

Dövlət katibi əlavə edib ki, danışıqlar prosesi təkcə ABŞ və İran arasında deyil, eyni zamanda, İran daxilində müxtəlif tərəflər arasında da koordinasiya tələb edir.

“İranlılar əvvəlcə öz aralarında razılaşmalıdır ki, nə təklif edirlər və nəyə hazırdırlar”, - deyə o bildirib.

Rubio həmçinin ABŞ-nin Ayətullah Müctəba Xameneinin vəziyyəti ilə bağlı məlumatlara malik olduğunu, lakin onun Ali Lider kimi fəaliyyət qabiliyyəti barədə sualların olduğunu da qeyd edib: “ Onun sağ olduğuna dair dəlillərimiz var. Əksini təsdiq edən heç bir dəlilimiz yoxdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2026 04:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri