Icma.az
close
up
RU
“Xameneinin yerini Trampa o deyib” Hər şeyi başladan zəng...

“Xameneinin yerini Trampa o deyib” Hər şeyi başladan zəng...

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla həlledici telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” məlumatlı üç mənbəyə istinadən məqalə dərc edib.

Bildirilib ki, Netanyahu Trampa İranın Ali Lideri Əli Xamenei və onun ən yaxın müşavirlərinin şənbə səhəri Tehranda bir araya gələcəyinə dair kəşfiyyat məlumatı təqdim edib, onların bir zərbə ilə hədəfə alına biləcəyini bildirib:

“Fevralın 23-də Ağ Evdən edilən və indiyədək açıqlanmayan bu zəng İranla müharibəyə aparan prosesdə dönüş nöqtəsi hesab olunur. Son günlər ABŞ-də qanunvericilər, MAGA (Make America Great Again) hərəkatının skeptikləri və dünya liderləri tərəfindən səsləndirilən “Niyə indi?” sualının cavabı da məhz bu məqamla əlaqələndirilir. Mənbələrə görə, Xamenei və yaxın ətrafı həm Vaşinqton, həm də Təl-Əviv üçün “qaçırılmamalı fürsət hədəfi” kimi qiymətləndirilib.

ABŞ və İsrail rəsmilərinin sözlərinə görə, 23 fevral danışığı iki lider arasında aylarla davam edən intensiv koordinasiyanın tərkib hissəsi olub. Müharibəyə aparan iki ay ərzində Tramp və Netanyahu iki dəfə üz-üzə görüşüb, 15 dəfə telefonla danışıblar. ABŞ və İsrail zərbəni bir həftə əvvəl endirməyi nəzərdən keçirsə də, əlverişsiz hava şəraiti və əməliyyat səbəbləri planı təxirə salıb”, - “Axios” yazır.

Qeyd edilib ki, Trampın göstərişi ilə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İsrail hərbi kəşfiyyatının təqdim etdiyi məlumatları yoxlayaraq təsdiqləyib:

“Mənbələr bildirir ki, prezident əvvəlcədən İrana zərbə endirməyə meyilli olsa da, vaxt məsələsində qəti qərar verməmişdi. Netanyahu ilə danışıqdan sonra hazırlıq sürətlənib. Lakin Tramp ilk olaraq növbəti gecə Konqresdə “Birliyin Vəziyyəti” ilə bağlı çıxışını edib.

ABŞ rəsmiləri qeyd edirlər ki, Tramp Ayətullahı təşvişə salmamaq və onu yeraltı sığınacaqlara çəkilməyə məcbur etməmək üçün İrana həddindən artıq diqqət yönəltməmək barədə “qəsdən” qərar verib. Cümə axşamı MKİ-nin yekun təsdiqindən sonra qərar mərhələsinə keçilib.

Həmin gün Trampın elçiləri Cared Kuşner və Stiv Uitkoff Cenevrədə İran rəsmiləri ilə danışıqlar aparıblar. ABŞ rəsmisinin sözlərinə görə, onlar Vaşinqtona diplomatiyanın nəticəsiz qaldığını bildiriblər:

“Əgər diplomatiya yolu seçilsəydi, razılaşma üçün mübarizə aparardıq. Amma qarşı tərəf prezidentin qəbul edə biləcəyi sazişə hazır deyil”.

Bundan sonra Tramp iki məqamdan əmin olub: kəşfiyyat məlumatları möhkəmdir və diplomatik imkan tükənib. Cümə günü saat 15:38-də son əmr verilib. On bir saat sonra Tehrana zərbələr endirilib, Xameneinin öldürüldüyü və müharibənin başladığı bildirilib.

Məlumatlara görə, Tramp Netanyahunu yaxın tərəfdaş kimi görüb və İran məsələsində onunla sıx məsləhətləşib. Eyni zamanda, ilkin mərhələdə diplomatiyanı tam tükəndirməyə çalışıb. ABŞ rəsmisi bildirib ki, Ağ Ev paralel olaraq həm danışıqları, həm də birgə hərbi planlaşdırmanı davam etdirib.

Dövlət katibi Marko Rubio isə tənqidlərə cavab olaraq bildirib ki, əməliyyat “istənilən halda baş verməli idi” və bu, sadəcə zaman məsələsi idi. Onun sözlərinə görə, həmin həftəsonu təhlükəyə qarşı birgə tədbir üçün “unikal fürsət” yaranıb.

İsrail rəsmilərindən biri iddia edib ki, Tramp, əslində, yanvarın əvvəlində zərbə endirmək istəyib, lakin təxirə salmağı xahiş edən Netanyahu olub. Başqa mənbələr isə əksinə, Netanyahunun daha sürətli hərəkət üçün təşviqat apardığını bildirib. İlkin plan martın sonu və ya aprelin əvvəlinə nəzərdə tutulsa da, sürətləndirilmiş vaxt qrafiki administrasiyanı çətin vəziyyətə salıb. Ağ Ev müharibəyə ictimai əsaslandırmanı zərbələrdən sonra təqdim etməli olub.

ABŞ vətəndaşlarının bir qismi hücumlar barədə əvvəlcədən məlumatlandırılmadıqları üçün İranın mümkün cavab zərbələri fonunda bölgədə çətin vəziyyətdə qalıb. Dövlət Departamenti 1500-dən çox amerikalının təxliyəsi üçün təcili tədbirlər görüb. Jurnalistlərin niyə əvvəlcədən plan olmadığı barədə sualına Tramp “Çünki hər şey çox tez baş verdi” cavabını verib”.

“Axios”un məlumatına görə, İsrailin Vaşinqtondakı səfiri Yexiel Layter 23 fevral zənginin detalları barədə şərh verməkdən imtina edib, lakin Netanyahunun qərarı sürətləndirmək üçün xüsusi təşviqat apardığı iddialarını rədd edib:

“Onun sözlərinə görə, son bir ildə ABŞ və İsrail İran təhlükəsi ilə bağlı əvvəlkindən daha sıx əməkdaşlıq ediblər.

Tramp isə Netanyahunun Vaşinqtonu müharibəyə sürüklədiyi barədə iddiaları rədd edib:

“Biz bu insanlarla danışıqlar aparırdıq və mənim fikrimcə, onlar əvvəlcə hücum edə bilərdilər”.

Ağ Ev yayılan məlumatları təkzib etməyib və prezidentlə dövlət katibinin açıqlamalarına istinad etməklə kifayətlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Mart 2026 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri