Xameneiyə göndərilən məktubda açıq mesaj: Müharibə olacaq!
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp mart ayında, 12 günlük müharibədən əvvəl İranın Ali rəhbəri Əli Xameneiyə göndərdiyi məktubunda danışıqlara başlamağı təklif edib. Həmçinin Amerika lideri yazıb ki, mümkün danışıqlar nəticə verməsə, müharibə olacaq.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi məlumat verib.
Təxt-Rəvançi qeyd edib:
“Biz cavab olaraq dolayı danışıqları qəbul etdik, halbuki onlar birbaşa danışıqlar istəyirdilər. Bizim birbaşa danışıqları qəbul etməməyimizin öz səbəbləri var. Məktubun məzmunu və ABŞ rəsmilərinin yanaşmasından aydın olan budur: düşünürlər ki, Tramp hakimiyyətə qayıdıbsa, artıq bütün dünya ona möhtacdır və dünya nizamını da o müəyyənləşdirməlidir. Belə şəraitdə qərara alındı ki, məktuba cavab verilsin, amma danışıqlar dolayı formada aparılsın”.
Donald Tramp ikinci prezidentlik dövrünün rəsmi başlanmasından təxminən yarım ay sonra “Fox Business” telekanalına müsahibəsində söyləmişdi ki, Xameneiyə məktub göndərərək müharibə əvəzinə danışıqlar vasitəsilə razılığa gəlmək istəyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 27 Oktyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















