Xameneyinin ofisi bombalananda mən də orada idim
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin ofisi bombalanan zaman xarici işlər naziri Abbas Əraqçi də orada olub.
Bu barədə Əraqçi “Al Mayadeen”ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, həmin gün Cenevrədə keçirilən danışıqlar barədə məruzəni Ali Rəhbərə təqdim etmək üçün saat 9-da orada olub.
“Dağıntıların altından çıxarkən bütün düşüncəm ona (Xameneiyə) hücum edilib-edilmədiyindən ibarət idi. Rəhbərin şəhid olma xəbəri yayılana qədər – müharibənin ilk iki günü onun başına nə gəldiyi ilə bağlı həddindən artıq narahat idim”, – Əraqçi qeyd edib.
İran XİN rəhbəri “Xameneinin ölümünün İranın tarixində dönüş nöqtəsi olduğunu və bu nöqtənin İranın gücünü bütün dünyaya nümayiş etdirdiyini” vurğulayıb.
O, yeni Ali Rəhbərin – Ayətullah Seyid Müctəba Xameneinin seçilməsinə diqqət çəkərək, “İran İslam Respublikasındakı sistemin ayrı-ayrı şəxslərdən asılı olmayacaq qədər güclü olduğunu” qeyd edib.
Xatırladaq ki, Seyid Əli Xamenei 28 fevralda ABŞ və İsrailin Tehrana birgə hücumu zamanı yaxın ailə üzvləri ilə birlikdə öldürülüb. Daha sonra onun yerinə oğlu Müctəba Xamenei seçilib.
Paylaş
Baxış sayı:113
Bu xəbər 04 İyun 2026 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















