Icma.az
close
up
RU
Xameneyinin qərarı savaş yolunu açır

Xameneyinin qərarı savaş yolunu açır

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın ali lideri Müctəba Xameneyi ölkəsinə məxsus uranın xaricə çıxarılmasına qadağa qoyub.

“Reuters” bu barədə İranın iki rəsmi mənbəsinə istinadən məlumat yayıb. 

“Ali liderin göstərişi və hakimiyyət daxilindəki razılaşma zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmamasından ibarətdir”, - mənbələrdən biri belə deyib.

“Belə bir qadağa Tehranın ABŞ-nin sülh danışıqlarındakı əsas tələblərindən biri ilə bağlı mövqeyini sərtləşdirir. Xameneyinin əmri Trampı daha da əsəbiləşdirə, ABŞ və İsrailin İrana qarşı  müharibəsinə son qoymaq üçün danışıqları çətinləşdirə bilər.

Bu arada, İranın Ali Lideri hələ də ictimaiyyət qarşısına çıxmayıb və seçilməsindən iki aydan çox vaxt keçməsinə baxmayaraq, onun iştirak etməməsi Müctəba Xameneyinin səhhəti ilə bağlı şübhələri daha da artırır. Bu səbəbdən İran rəsmiləri Müctəba Xameneyinin vəziyyəti ilə bağlı yeni xəbərlər açıqlamağa başladılar və onun təkcə sağlam deyil, həm də vəziyyətə tam nəzarət etdiyi görüntüsünü yaratmağa çalışdılar”,-deyə “Reuters” yazır.

Qeyd edilən məlumat İranın nüvə proqramına dair danışıqlarda əldə oluna biləcək yeganə razılaşma imkanını aradan qaldırır. Çünki Tramp administrasiyası İranın 60 faiz zənginləşdirilmiş 460 kiloqram uran ehtiyatını ya ABŞ-yə verməyi, ya da üçüncü ölkəyə köçürməyi təklif edirdi.

Rəsmi Tehran zənginləşdirilmiş uranı ABŞ-yə təhvil verməkdən imtina etdiyinə görə İran ərazisindən çıxartmaq üçün başqa ölkəyə daşımaq  variantı müzakirə olunurdu. Hələlik, uranın köçürülə biləcəyi ölkə kimi əsasən Rusiyanın adı çəkilsə də, ABŞ bu məsələyə konkret cavab verməyib. Lakin zənginləşdirilmiş uranın İrandan çıxarılması təklifi danışıqların davam etdirilməsi və eskalasiyanın qarşısının alınması baxımından kompromis variant kimi nəzərdən keçirilirdi.

İndi isə ali lider Müctəba Xameneyinin zənginləşdirilmiş uranın çıxarılmasına qadağa qoyması, yaxud onun adından belə bir məlumatın yayılması rəsmi Tehranın bu variantdan de-yure imtina etməsi deməkdir. Yəni İran rejimi heç bir halda nüvə məsələsini danışıqlar predmetinə çevirmək və ondan imtina etmək istəmədiyini nümayiş etdirir. Müctəba Xameneyinin bu göstərişi ABŞ Prezidenti Donald Trampın tərəflərin anlaşmaya yaxın olduqları barədə son bəyanatlarının üzərindən xətt çəkir. Bu isə müharibənin yenidən başlanmasına təkan verə bilər. İran tərəfinin qeyd edilən addımı mövcud şəraitdə daha çox İsrail hökumətinin maraqlarına cavab verir.

Knessetin buraxılması nəticəsində oktyabrın 27-dən tez parlament seçkilərinə getmək məcburiyyətində qalan Benyamin Netanyahunun səsvermə qutusundan qalib çıxmaq şansları azalıb. İsraildə yaranmış hökumət böhranı müxalif Naftali Bennet və Yair Lapidin koalisiyasından ibarət Birlik Partiyasının reytinqini artırıb. Demokratlar Partiyasının da növbəti parlamentdə xeyli mandat qazanmaq imkanı var. Bu səbəbdən Netanyahu seçkilərdə qalib gəlmək üçün İranın nüvə proqramından istifadə edib müharibəyə  başlaya bilər. 

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 May 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see382

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see364

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see305

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see295

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see293

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see289

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see285

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see269

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see245

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see236

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see230

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see227

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see225

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see221

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see220

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see203

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see189

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri