Icma.az
close
up
RU
Xameneyiyə 2 ay möhlət verildi

Xameneyiyə 2 ay möhlət verildi

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Trampın İranın ali dini lideri Əli Xamneyiyə məktubunda yeni nüvə sazişinin əldə edilməsi üçün iki ay müddət verilib.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Axios” məktubla tanış olan mənbələrə istinadən yazıb. 

 Bu iki ayın məktubun alındığı andan, yoxsa danışıqların başlandığı andan sayılacağı bəlli deyil. “Amma İran Trampın təklifini rədd edərsə və danışıqlara getməzsə, ABŞ və ya İsrailin İranın nüvə obyektlərinə qarşı hərbi addım atma şansı kəskin şəkildə artacaq”,-deyə media yazır.

İki həftə əvvəl “Fox News”-a müsahibə verən Tramp İran liderinə birbaşa danışıqlar təklif edən məktub göndərdiyini bildirib.

Bir gün sonra Tramp ABŞ-ın İranla münasibətlərində “son məqama çatdığını” söyləyib.

“Biz onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik. Çox tezliklə bir şey olacaq. Mən sülh razılaşmasını digər variantdan üstün tutardım, amma digər variant problemi həll edəcək”, - deyə o bildirib.

Məktubu bir neçə gün əvvəl Trampın nümayəndəsi Stiv Vitkoff Əbu-Dabidə keçirilən görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayedə çatdırıb.

Bir gün sonra səfir Ənvər Qarqaş Tehrana gedib və məktubu İranın xarici işlər naziri Abbas Əraqçiyə çatdırıb.

Mənbələr Trampın Xamneyiyə məktubunun ABŞ üçün “sərt” olduğunu bildirib. Bir tərəfdən yeni nüvə sazişi üzrə danışıqları təklif etdi, digər tərəfdən isə İranın bu təklifi rədd etməsi və nüvə proqramını irəlilətməyə davam etməsinin nəticələri barədə xəbərdarlıq etdi.

İki mənbənin bildirdiyinə görə, Tramp məktubda açıq ucsuz-bucaqsız danışıqları istəmədiyini bildirib və razılaşma üçün iki aylıq son tarix göstərib.

ABŞ rəsmisi və məsələ ilə yaxından tanış olan şəxs “Axios”-a bildirib ki, Ağ Ev İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla, ABŞ-ın bir neçə müttəfiqini məktub iranlılara ötürməzdən əvvəl məlumatlandırıb.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Xameneyi vaxt verildi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Mart 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri